Modern.az

Alınmaz qalanın 4 qəhrəmanı haqqında film çəkildi - FOTOLAR + FİLM

Alınmaz qalanın 4 qəhrəmanı haqqında film çəkildi - FOTOLAR + FİLM

Aktual

22 May 2013, 19:24

Milli Məclisə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayonundan seçilən deputat Sevinc Hüseynova bu gün “Alınmaz Qalanın Qəhrəmanları” sənədli filminin təqdimat mərasimini keçirib. O, tədbiri giriş sözü ilə açaraq Milli Qəhrəmanların ictimaiyyətə tanıtdırmaq və yaddaşlara həkk etdirməyin  hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu  bildirib:” 20 faiz torpğaı işğalda olan ölkənin Milli Qəhrəmanlarının hərbi və həyat yolunu  yetişməkdə olan gənc nəslə örnək olaraq təbliğ etmək hər birimizin borcudur.”

Təqdimatda Milli Məclisin vitse spikeri, komitə sədrləri, deputatlar, gənclər təşkilatlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və s. ictimaiyyət nümayəndələri iştirak edib. 

Modern.az-ın verdiyi xəbərə görə, xanım deputatın təşəbbüskarlığı ilə ərsəyə gələn filmdə Gədəbəy rayonunun 4 Milli Qəhrəmanının həyat və döyüş yolu işıqlandırılıb. S. Hüseynova “ Film çox sayda ziyalı potensialı yetişdirmiş Gədəbəy rayonunun timsalında xalqımızın Qarabağ münaqişəsində apardığı mübarizədən  və 4 Milli Qəhrəmanımızdan bəhs edir. Gədəbəy rayonunun 80-90 cı illərdə 123 km sərhəd boyunda burada yaşayan sakinləri elə orda yerləşən dağlar kimi torpağa öz bağlılığını sübüt edərək alınmaz qalaya çevrilərək 186 şəhid verib.” - deyə, filmdən və Gədəbəyin qəhrəmanlıq tarixcəsindən danışıb.

Millət vəkilinin çıxışından sonra filmin təqdimatı olub. Filmdə  döyüş dostlarının xatirələrində olduğu kimi Milli Qəhrəmanlar İsgəndər Aznaurov, Aytəkin Məmmədov, Məzahir Rüstəmov və İlham Aliyevin döyüş yolunu və şəhidlik zirvəsinə ucaldıqları son məqamlar təsirli cizgilərlə səhnələşdirilib.

Filmin nümayişindən sonra vitse spiker Bahar Muradova layihə ilə bağlı fikrini bildirib: “Son dövrlərdə naliyyətlərimiz, faciələrimiz, qəhrəmanlıqlarımız haqqında çox danışmışıq, kitablar yazmışıq. Bu filmə baxanda ikili hisslər keçirdim... Sevindim ki bu cür övladları olan bir xalqın nümayəndəsiyəm. Bu torpaq uğrunda canlarını fəda verən oğul və qızların müasir soydaşı olduğumdan qürur duydum. Eyni zamanda həyatlarını gənc yaşlarda itirmiş gənclərimiz üçün ürək ağrısı yaşadım. Bu torpağın qəhrəmanını, müdafiəçisini yetirdim deyən bir xalq üçün belə qəhrəmanları tanımaq, hətta onların ölüm anlarını gözləri ilə görmək belə qürur verici bir haldır.”

Tədbirdə iştirak edən digər deputatlar Hadi Rəcəbli və Kamilə Əliyeva da filmlə bağlı fikirlərini bölüşüblər. Onlar bu cür layihələrin gənc nəslin tərbiyəsində əvəzsiz rol oynadığını vurğulayıblar.

Gənclərin marifləndirilməsi istiqamətində bu gün ölkəmizdə uğurlu siyasət aparılır. Bu layihənin ərsəyə gəlməsi də  məhz bu siyasətin nəticəsidir deyə, bu təşəbbüsü həyata keçirməkdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.

Tədbir iştirakçıları sonda bildiriblər ki, bu cür təşəbbüslər təkrarlanmalı, 213 Milli Qəhrəmanın hər birinin həyatı, döyüş yolu ictimaiyyətə, gənc nəslə çatdırılmalıdır.

Qeyd edək ki, layihə Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai Birliyi tərəfindən həyata keçirilib. Gənclər və İdman Nazirliyi isə maliyyə dəstəyi verib.


 

***

“Alınmaz Qalanın Qəhrəmanları” sənədli filmi



 

 

Elçin AĞAYEV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür