Modern.az

Mehriban Əliyeva Paris görüşlərini davam etdirir - FOTO

Mehriban Əliyeva Paris görüşlərini davam etdirir - FOTO

23 May 2013, 09:16

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşüb.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Elizabet Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E.Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çəkmiş, ölkəmizin bu təşkilatın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır