Modern.az

Çempion kim olacaq- “Bavariya”, yoxsa “Borussiya” - ŞƏRH

Çempion kim olacaq- “Bavariya”, yoxsa “Borussiya” - ŞƏRH

25 May 2013, 15:24


Məlum olduğu kimi bu axşam Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının final mərhələsi çərçivəsində “Bavariya” və “Borussiya Dortmund” komandaları üz-üzə gələcək.

Modern.az oyun öncəsi maraqlı fikirlərinizi diqqətinizə çatdırır.

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Vidadi Rzayev:

“Bu axşam bizləri maraqlı oyun gözləyir.Elə düşünürəm ki,  hər iki komanda mövsümü yaxşı keçirdi.  Onun  da məntiqi nəticəsi kimi  komandalar  finala çıxdılar .  Hesab edirəm ki, bu oyunun qalibi “Bavariya” komandası olacaq. “

Xəzər  Lənkaran klubunun İdman direktoru Babək Quliyev isə bu gün axşam futbol azarkeşlərini maraqlı oyun gözlədiyini bildirib. Zənnimcə hər iki klub güclüdü. Hesab edirəm ki, bu iki komanda finalda oynamağa layiq klublardı. Lakin “Bavariya”nın şansları daha yüksəkdi. Quliyev görüşündə “Bavariya”nın   çempion olmaq şanslarının 60 faiz  qiymətləndirib.

Milli komandamızın üzvü Əfran İsmayılov isə bun axşam Alman derbisinin  maraqlı,  baxımlı keçəcəyinə inandığını bildirib. “Mən şəxsən Borussiya Dortmunt kulubuna balet edəcəm. Bu komandanın qələbə qazamasını istəyirəm.Düzdür bu çətin olacaq, ona görə ki, “Bavariya”  fovarit komandalardandı. Əvvəldən çempionun “Barussiya  Dortmund” olmasını istəmişəm. Hesab edirəm ki, bu istəyimə bu axşam  çatacam, Borussiya qələbə qazamaqla”.

Milli komandamızın keçmiş baş məşqiçisi Şahin Diniyev isə bu axşam futbol adına maraqlı oyun izləyəcəyimizə əmin olduğunu bildirib.

“Məncə bu axşam “Borussiya Dortmunt”qələbə qazanarsa  bunu adi qəbul etmək lazımdı.Çünkü son iki ildə  Borrusiya komandası Almaniya bundesliqasında Bavariyanı geridə qoyub”.

Abbas Quliyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi