Modern.az

Obamanın Əfqanistana qəfil səfəri başa çatıb

Obamanın Əfqanistana qəfil səfəri başa çatıb

Dünya

29 Mart 2010, 09:27

ABŞ prezidenti Barak Obama Əfqanıstana qəfil səfər edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Amerika liderinin gözlənilməz səfəri cəmi 6 saat çəkib. O Əfqanıstandakı Baqram hərbi bazasında Amerika əsgərləri qarşısında çıxış edib və Əfqanistan prezidenti Həmid Karzailə danışıqlar aparıb. Obama əsgərlərə yardım göstərilməsinin davam etdiriləcəyini bildirib. Prezident ğzünün Əfqanistana budəfəki səfərinə olduqca mühüm əhəmiyyət verdiyini deyib. O əsgərlərə deyib ki, Əfqanistana səfərinin əsas məqsədlərindən biri, Amerika xalqı adından əsgərlərə “sağ ol” demək idi.

Barak Obamam çıxışı zamanı bir neçə dəfə ABŞ milli təhlükəsizliyi məsələlərinə istinad edib. Obama bir daha diqqətə çatdırıb ki, oun administrasiyası qarşıda gələn illərdə Əfqanistanla bağlı məsələlərlə məşqul olmaq niyyətindədir. Prezident Həmid  Karzailə  görüşdə Obama bildirib ki, Əfqanistandakı irəlləyiş onu ilhamlandırırb. Obama  Karzaini may ayında ABŞ-a səfərə dəvət edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır