Modern.az

Moskvanın Millətlər Evində Aşıq Şəmşirin 120 illiyi qeyd edilib

Moskvanın Millətlər Evində Aşıq Şəmşirin 120 illiyi qeyd edilib

27 May 2013, 14:29


Mayın 25 - də Moskvada Millətlər Evinin böyük zalında Aşıq Şəmşirin anadan olmasının 120 - illiyilə bağlı təntənəli tədbir keçirilib.
Tədbirdə Moskvada yaşayan Azərbaycanın yaradıcı ziyalıları, Azərbaycan diasporunun nümayəndələri, Rusiya yazıçıları, şairləri, Moskvada, Tverdə, Yaroslavlda və digər vilayətlərdən gəlmiş kəlbəcərlilər iştirak ediblər.
Yubiley tədbiri “Şəhriyar” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Beynəlxalq yazıçılar və publisistlər asossiasiyasının və Moskva Millətlər Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözüylə “Şəhriyar” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Vasif Məmmədov açıb. Azərbaycan Yazıçılar Birliyiniin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu Aşıq Şəmşirin zəngin yaradıcılığından, dahi sənətkarın ölməz sənətindən, Azərbaycan xalq ədəbiyyatımızın tarixində qoyduğu irsdən, aşığın Azərbaycan aşıq sənətindəki misilsiz rolundan, milli aşıq poeziyamızın inkişafinda, formalaşmasında və zənginləşməsindəki, əvəzsiz xidmətlərindən bəhs edib.
Onun 20-ci əsr aşıq sənətimizin ən sanballı nüməyədələrindən olduğunu qeyd edib.
Nəsib Nəbioğlu boyük şairimiz Səməd Vurğunun 1955-c- ildə Kəlbəcərə gəldiyini Aşıq Şəmşirlə görüşdüyünü, iki böyük sənətkarın bu görüşünün az qala bir əfsanəyə çevrildiyinin, aşığın həyatının maraqlı məqamlarından, Kəlbəcərlə bağlı yaddaşlara hopmuş xatirələrindən söz açıb. Nəsib Nəbioğlu deyib ki, Aşıq Şəmşir öz şeirlərində xalqımızın həyatını, Kəlbəcər dağlarını, çaylarıni, bulaqlarını, əsrarəngiz təbiətini, tanıdığı insanların taleyini, onların sevinc və kədərini müdrikcəsinə ifadə edib. Onun fikrincə, Aşıq Şəmşirin öz yaradıcılığıyla heç kəsi təkrar etməyib, bütün aşıq şeirlərinin formalarında şeirlər yazıb hamını heyrətdə qoyacaq dərəcədə gözəl sənət nümunələri yaradıb.
Nəsib Nəbioğlu çıxışının sonunda Qarabağ müharibəsindən, Kəlbəcərin işğalından Ağdabanın 1992-c- ildə yandırılmasından ürək ağrısı ilə danışıb Səməd Vurğunun şeirini xatırladaraq:

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba,bu mahal məni.

O, “bəli o el, oba, o mahal Səməd Vurğunu unutmadı, amma biz o yurdları ermənilərə verdik. Neçə ki, Qarabağ və işğal altında qalan torpaqlarımız 20- ildən çox əsirlikdə qalan Kəlbəcərimiz azad olmayıb, nə Səməd Vurğunun, nə Dədə Şəmşirin, nə Şamil Əsgərovun, nə Ənvər Rzanın, nə Sücaətin, nə Bəhmən Vətənoğlunun, nə Allaverdi Qəmkeşin, nə Dəmirçi Abbasın və yüzlərlə Kəlbəcərin nisgilindən dünyasını dəyişən sənətkarlarımızın ruhu bizi bağışlayacaq” - deyərək iştirakçıları kövrəldib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, məşhur yazıçı Çingiz Hüseynov Aşıq Şəmşiri yaxşı tanıdığını, Bakıda asiqların qurultayında onunla tanış olduğunu, ilk dəfə onun qoşmalarını rus dilinə tərcümmə etdiyini, onları 1960-cı ildə Moskvada nəşr edilən və Pavel Antakolskiylə birgə özünündə tərtibçisi olduğu Azərbaycan poyeziya antalogiyasına saldığını qeyd edib. Onun bənzərsiz yaradıcılığının yalnız şifahi ədəbiyyatımızın yox, yazılı söz sənətimizin inkişafına da böyük təkan verdiyini vurğulayıb.
Tədbirdə pedaqoji elmlər doktoru Yaqut Nemətovun, Moskva Linqvistika Universitetinin professoru, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Bella Musayevanın, univerisitetin Azərbaycan dili öyrənən tələbələrinin, tanınmış şairə Afaq Şıxlının çıxışı, Sevil İsmayılovanın rəhbərliyilə Moskvadakı etno-mədəni təhsil komponentinə malik 157 saylı məktəbin şagirdlərinin Aşıq Şəmşirin şeirləri əsasında hazırladıqları maraqlı kompozisiya alqışlarla qarşılanıb.
Tədbirə Azərbaycandan dəvət olunmuş tanınmış Kəlbəcər aşıqlarından Aşıq Ədalət Dəlidağlının, Mehdi Kəlbəcərlinin ifaları alqışlarla qarşılanıb.
Tədbirdə Aşıq Şəmşirin Bakıdan göndərilmiş Azərbaycan və rus dilində çap olunan kitabları mərasim istirakçılarına hədiyyə edilib. Mərasimdə ustad aşığın həyat və yaradıcılıq yolu barədə qısametrajlı video-carx nümayiş olunub.
Tədbirin sonunda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakçılara İctimai Birliyin rəhbərliyi adından minnətdarlığını bildirib. Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin adından Moskvada tanınmış kəlbəcərli ziyalılara şair Nəsib Nəbioğluna, tanınmış cərrah, Rusiyanın əməkdar həkimi Sabir Həbibova, tanınmış cərrah professor Yusif Əmraslanova, Bella Musayevaya milli mədəniyyətimiz, dilimizin, ədəbiyyatımızın,elmimizin rus ictimaiyyətinə cardırılmasında fəaliyyətinə görə təşəkkürnamələr təqdim edib.

Nəbi VERDİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir