Modern.az

Tibb Universiteti tələbələrindən imtahanqabağı aksiya - FOTO

Tibb Universiteti tələbələrindən imtahanqabağı aksiya - FOTO

27 May 2013, 17:03
Bu gün səhər Azərbaycan Tibb Universitetinin qarşısında tələbələrin iştirakı ilə ilk fləşmob baş tutub. Universitetin 18 tələbəsi Party Antemin “Every day İ am shuffling “ mahnısının sədaları altında ATU binası önündə rəqs ediblər.   ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən fləşmobun məqsədi imtahan ərəfəsində tələbələrin fəal istirahətini təşkil etmək, onların əylənmələrinə şərait yaratmaq olub.
Bu aksiyanı izləmək üçün ATU-nun həyətinə çoxlu gənclər toplaşıb. Fləşmobun sonunda rəqs edən tələbələr meydanda “THİK” sözünü düzəldiblər.   Fləşmob ATU THİK-in sədri Elşad Novruzovun rəhbərliyi, fəalları Mələk Turanın təşkilatçılığı və Cavidan Həsənlinin koordinatorluğu ilə baş tutub. Ümumilikdə aksiyaya Aysel Dadaşzadə, Ləman Tağızadə, Kənan Səlimov , Vüsal Rzayev,  Humay Mehdiyeva, Gündüz Qənbərli , Malik Şükürlü, Töhfə Nəsibova, Lalə Məmmədova  və digərləri qatılıblar.   Fləşmob tamamilə könüllü məşğuliyyətdir və fərqli məqsədlərlə təşkil olunur. Məsələn, əylənmək, cəmiyyətin diqqətini cəlb etmək, müəyyən stereotiplərdən xilas olmaq, özünü təsdiqləmək, stress atmaq, yeni dostlar qazanmaq və s. məqsədlə həyata keçirilir.


Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir