Arxiv
29 mart 2010, 12:53 | MEDİA
Jurnalistika fakültəsində oxuyanlar jurnalist olmaq istəyirlərmi? (Tələbələrlə sorğu)

Jurnalistika yaradıcılıq tələb edən ixtisasdır. Jurnalist olmaq düşüncələrini sərbəst, həm də orijinal tərzdə ifadə etmək deməkdir. Bu peşə azad sözün inkişafına geniş imkanlar açır. Fikirlərini ictimaiyyətə  çatdırmaq, cəmiyyətin nöqsanlarını, bəlalarını tənqid etmək, problemlərdən çıxış yollarını göstərmək, önəmli informasiyanı dəqiq və operativ şəkildə auditoriyaya çatdırmaq bacarığı isə hər kəsdə eyni dərəcədə deyil. Məhz bu səbəbdən jurnalistika fakültəsini seçərkən jurnalist adının cazibəsiylə yanaşı, bu peşənin çətinliklərini dərk etmək, yaradıcılıq imkanlarını da nəzərə almaq lazım gəlir. Hazırda Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsində 450-yə yaxın tələbə təhsil alır. Təbii ki, onların heç də hamısı gələcəkdə jurnalist kimi çalışmaq istəmir. Tələbələrin fakültəyə nə dərəcədə könüllü gəldiyini, peşələrinə münasibətlərini öyrənmək üçün onlar arasında sorğu keçirdik. Jurnalistika fakültəsinin müxtəlif kurslarında oxuyan tələbələrin fikirlərini təqdim edirik.

Səadət Abbaslı: “Qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı jurnalistika ixtisasını birinci yerdə yazdım. Fakültəyə gəldikdən sonra düz seçim etdiyimdən əmin oldum. Dünyaya baxışım tamam dəyişdi. Müəllimlərin tələbələrə münasibəti başqa yerlərdən fərqlidir. Burada azad fikir söyləməkçün stimul verilir. Mən fəxr edirəm ki, bu fakültənin tələbəsiyəm”.

Samir İsayev: “İxtisas seçimində jurnalistika fakültəsini ikinci yerdə yazsam da, həmişə jurnalist olmağı arzulamışam. Gələcəkdə televiziya və ya radio jurnalisti kimi çalışmaq istərdim”.

Aqşin Zamanov: “Jurnalistika fakültəsinə elə də ürəklə gəlməmişəm. Lakin bir müddət keçdikdən sonra bu peşəni sevdim. Burada insanın dünyaya baxışı dəyişir. Fakültəyə gəlişim təsadüf olsa da, inanıram ki, gələcəkdə peşəkar jurnalist olaram. Nəzərə alsaq ki, dünyada çox şey təsadüf üzərində qurulub, düşünürəm ki, bu mümkündür”.

Fidan Məmmədova: “Jurnalistika fakültəsinə həvəsim, xüsusi bir marağım olduğu üçün gəlmişəm. Hələ şagird olduğum vaxtlardan Çingiz Mustafayevi,Qənirə Paşayevanı özümə örnək seçmişəm. Fakültəyə gəldiyim ilk gündən bəri müəllimlərin şagirdlərlə münasibəti, səmimiliyi və qarşılıqlı hörməti fakültəyə olan marağımı daha da artırdı. Ən böyük arzum təhsilimi başa vurub bu sahədə öz imzasını qoyan jurnalistlərdən biri olmaqdır”.

Bəhruz Qocayev: “Jurnalistika fakültəsini seçim siyahısında yeddinci yerdə yazdım. Könülsüz də olsa bu fakültəyə daxil oldum. İlk günlərdə fakültəni heç sevmirdim. Dərslər mənimçün maraqsız idi. Lakin bir neçə həftə sonra dərslərə, xüsusən də ixtisas fənnlərinə marağım artdı. Gələcək peşəmi sevməyə başladım. Başa düşdüm ki, mənim yerim elə buradır. Jurnalistikaya gəlişim təsadüf olsa da, fikrimcə, bu xoş təsadüf həyatımı tamamilə (yaxşılığa doğru) dəyişib. Fakültəni bitirdikdən sonra jurnalist kimi mətbuat xidmətlərində çalışmaq istərdim”.

Qeyd etmək lazımdır ki, əvvəllər jurnalistika fakültəsinə daxil olmaq üçün yaradıcılıq imtahanları keçirilirdi. Belə olduqda, həqiqətən həvəsi və yaradıcılıq imkanları olan şəxslər bu ixtisasa qəbul olunurdu. Hazırda isə qəbul imtahanlarının nəticələri hər şeyi həll edir. Sorğudan da bu aydın görünür. Jurnalistikaya gəlişini uşaqlıq arzusuyla bağlayanlar da var, xoş təsadüf hesab edənlər də. Könülsüz gəlib fakültəyə bağlananlar, peşəsini sevənlər varsa bunu fakültənin və onun kollektivinin uğuru hesab etmək olar. Ümid edirik ki, gələcəyin sayılıb-seçilən, peşəkar jurnalistləri elə bu tələbələr arasındadır.

Şəfanə İbrahimova

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52