Modern.az

“Müasir təlim metodları” kitabı hazırlanır

“Müasir təlim metodları” kitabı hazırlanır

29 Mart 2010, 14:15

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq “Müasir təlim metodlar” adlı kitabın hazırlanmasına başlayıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, özündə beynəlxalq və yerli təcrübəyə əsaslanmış bilikləri toplayan kitabın hazırlanmasında əsas məqsəd qeyri-formal təhsilin inkişafına kömək etmək, eləcə də müasir təlim, seminar və təqdimatların keçirilməsi zamanı ehtiyac duyulan nəzəri və praktiki informasiyalardan istifadəni asanlaşdırmaqdır.

Kitabda interaktiv təlimlərin, seminarların, eləcə də təqdimat və konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi zamanı hansı addımların atılması, hazırlıq və icra prosesi zamanı istifadə olunan metodlar, bu sahədə yerli və beynəlxalq təcrübə, təlimçilər üçün bilgilər və s. məlumatlar öz əksini tapacaq.

Kitabın müəllifi Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev və Mərkəzin direktor müavini Elnur Axundovdur.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi