Arxiv
29 mart 2010, 15:01 | MEDİA
Əyalət mətbuatı

Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır. Dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradılıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr aradan qaldırılıb. Sevindirici haldır ki, qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmirlər. Bütün qəzetlər ölkə üzrə sərbəst yayılır.

Bu gün Azərbaycanda kifayət edəcək sayda yazılı mətbu orqanı var. Rəsmi qeydiyyatdan keçən 4100 mətbu nəşrin böyük əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir, çox az hissəsi isə regionların payına düşür. Regionlarda fəaliyyət göstərən mətbu orqanlarımız isə rəsmi qəzetlərdir. Bu qəzetlər də rayon İcra Hakimiyyətlərinin maddi dəstəyi ilə işıq üzü görür. Belə olan halda əyalət qəzeti yalnız rəsmi xəbərlər və tədbirləri işıqlandırmaq çərçivəsindən kənara çıxa bilmir.

Əlbəttə, müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bölgədə fəaliyyət göstərmək isə daha çox fədakarlıq tələb edir. Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyaclara nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabərdir. Çünki, bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunun yazılı mediadan çox asanlıqla əldə edə bilir.

Belə olan halda niyə məhz əyalətdə müstəqil qəzet təsis edirlər? Əlbəttə, məqsəd bölgə əhalisinə xəbər daşımaq deyil. Yuxarıda bəhs etdiyimiz məlum səbəblərdən bu məsuliyyəti heç kim üzərinə göturə bilməz.   

Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, onların rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər. Və yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar.  

Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqlarını artırılmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu  gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaş­dırıl­masına və inkişaf etdirilməsinə böyük ehtiyac var.

Region əhalisinin maarifləndirilməsində əyalət qəzetlərinin üzərinə böyük məsuliyyət düşür. Əyalətin müstəqil qəzetləri müxtəlif bölgələrdən olan, lakin paytaxtda yaşayıb mövqeyindən asılı olmayaraq jurnalist fəaliyyəti ilə məşğul olan həmkarlarımızı da ictimai əsaslarla bu layihəyə cəlb etməlidirlər. Araşdırmalar göstərir ki, bu gün rayonlardan xeyli sayda insan normal jurnalist fəaliyyəti ilə məşğuldurlar. Biz əyalət qəzetlərinin səhifələrində həmin insanlara yer verməklə uğurların, problemlərin cəmiyyətə çatdırılmasını obyektiv təmin etmiş olarıq. Bununla həm əyalətin müstəqil qəzetlərinin obyektivliyini qorumuş olarıq, həm də cəmiyyətin maarifləndirilməsinə xidmət göstərərik.

Əyalətin müstəqil qəzetlərində həmçinin əli qələm tutan hər bir ölkə əhalisi, xüsusən də regionda yaşayan vətəndaşlarımız öz elmi, ədəbi, publisistik, obyektiv, qərəzsiz tənqidi materialları ilə çıxış edə bilərlər. Bu gün regionlarımızda elə gənclərimiz var ki, gözəl şer, hekayə yazır, amma çıxış etmək üçün KİV tapa bilmir. Eyni zamanda savadlı ziyalılarımız, müəllimlərimiz var, ki, onlar da bəzi məsələlərlə bağlı mətbuatda çıxış etmək istəyirlər, amma çətinlik çəkirlər. Əyalət mətbuatı onlar üçün də bu şəraiti yaratmaqla həm də qəzetlərin rəngarəngliyi təmin etmiş olar.    

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın yeni Ombudsmanı Türkiyə səfirini qəbul edib 13 Dekabr 2019, 12:29 Rəsmi Bakı humanitar yardımı rəsmən Albaniyaya təqdim edib 13 Dekabr 2019, 12:24 Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı 13 Dekabr 2019, 12:22 İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib 13 Dekabr 2019, 12:20 Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ 13 Dekabr 2019, 12:19 Evlənmək istəyən cütlüklərdə xəstəliklər aşkarlandı - SİYAHI 13 Dekabr 2019, 12:14 Mərkəzi Bank uçot dərəcəsini azaltdı 13 Dekabr 2019, 12:07 BDU-nun professoru jurnalistlərə “seçki iradı” tutdu: belə yazmayın! 13 Dekabr 2019, 12:06 Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31