Modern.az

Xilas edilən uşaq qardaşı üçün kömək istədi - VİDEO

Xilas edilən uşaq qardaşı üçün kömək istədi - VİDEO

Dünya

9 Fevral 2023, 11:57

Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış binanın dağıntıları altından 61 saat sonra 8 yaşlı qız sağ çıxarılıb.

 

Modern.az xəbər verir ki, 8 yaşlı Zübeydə onu dağıntılar altından çıxarmağa çalışan xilasedicilərdən qardaşı üçün kömək istəyib. 

 

"Qardaşım balacadır, ölə bilər. Yanımda yatırdı. Adı Mehmet Tahadır, mənim adım isə Zübeydədir", - azyaşlı xilasedicilərə deyib.

 

Hadisə yerində ilkin tibbi yardım göstərilən azyaşlı xəstəxanaya aparılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır