Modern.az

Güclü küləklə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verildi

Güclü küləklə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verildi

Təhsil

9 Fevral 2023, 13:02

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə idarədən bildirilib.

 

Qeyd olunub ki, müvafiq mütəxəssislər ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verib:

 

"Bu gün İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə