Modern.az

Ərdoğan Diyarbakıra getdi - Zəlzələ bölgəsinə baş çəkəcək

Ərdoğan Diyarbakıra getdi - Zəlzələ bölgəsinə baş çəkəcək

Dünya

11 Fevral 2023, 15:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib.

 

Modern.az xəbər verir ki, ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir.

 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib.

 

Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi