Modern.az

Maşın əvvəlcə piyadanı vurdu, sonra ağaca çırpıldı

Maşın əvvəlcə piyadanı vurdu, sonra ağaca çırpıldı

12 Fevral 2023, 19:27

Bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?