Arxiv
30 mart 2010, 11:27 | MEDİA
Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər?  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli jurnalist fəaliyyətinə 1997- ci ildə “Space” telekanalında başlayıb. O, 2004-cü ilədək bu telekanalda çalışıb. 2004-2006-cı illərdə “İmprotex” Şirkətlər Qrupunun İctimiyyətlə əlaqələr sektorunda marketinq meneceri vəzifəsini tutub. 2006- cı ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəridır.

Elnur Kələntərli deyir ki, bir neçə il öncə ilə müqayisədə imdi KİV-də inkişaf daha çoxdur. “Jurnalistlər informasiya almaqda çətinlik çəkmirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun mövcudluğu bütün məmurları fakt qarşısında qoyur. Heç kəs informasiya verməkdən qaça bilməz”.

Elnur Kələntərlinin sözlərinə görə, mətbuatda jurnalist araşdırmaları azdır. Onun fikrincə, bu, jurnalistlərə verilən əmək haqqının azlığı ilə bağlı ola bilər: “Jurnalistika nadir peşələrdəndir. Xüsusi istedad lazımdır, bu sahədə işləmək üçün vacib deyil ki, hökmən jurnalistika fakültəsini bitirəsən. Jurnalistlər peşəkarların yanında çalışsa, daha yaxşı olar. Keçmişdə belə idi. Məsələn, 1997- ci ildə “Space” Televiziyasına müsabiqə keçirilirdi. 400 nəfərə yaxın namizəd müsabiqədə iştirak edirdi. Oğlanlardan 2 nəfər seçildi. Mən də seçilənlərdən idim. Bizim üzərimizdə daha çox çalışırdılar. Seminarlarda iştirak edirdik. Ancaq indi bu ənənə qalmayıb”.

Elnur Kələntərli jurnalistlərin bəzən mətbuat xidmətindən aldıqları informasiyaları təhrif etmələrindən təəssüfləndiyini bildirir: “Bu adi hala çevrilib, artıq alışmışam. Əvvəllər belə hallar rezonans doğurardı. Ümumuiyyətlə, informasiya az olanda onu daha dolğun, ətraflı verə bilirsən. İndi buna səthi yanaşılır. Bəlkə də bunu bilərəkdən etmirlər. Bunun subyektiv, obyektiv səbəbləri var. Jurnalistlərin üzərinə böyük yük düşür.Ancaq bu gün yaxşı jurnalistə ehtiyac var”.

“Yenidən mediaya qayıtmaq istəyərsinizmi” sualını E.Kələntərli belə cavablandırıb: “Dövlət orqanında işləməyimə baxmayara jurnalist olaraq qalıram. Mətbuat xidmətinin rəhbəri olmağımla yanaşı, nazirliyin mətbu orqanı olan “Yeni Həyat” qəzetinə də nəzarət edirəm. Həmçinin gündəlik qəzetlərə baxıram, saytları izləyirəm”.

Nəqiliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov da vaxtilə media sahəsində çalışanlardandır. Yeddi yüzə yaxın məqalənin müəllifi olan N.Həsənov “7 gün” qəzetinin redaktoru olub.Vergilər Nazirliyinin mətbuat xidmətində çalışıb, sonralar isə “Lider” telekanalında “167-ci saat” analitik verilişin aparıcısı olub. Artıq 7 ildir Nəqliyyat Nazirliyinin katiblik rəisidir (həm də mətbuat xidmətinin rəhbəri). Namiq Həsənov deyir ki, mediada çalışdığı dövrdə həmişə fəal  jurnalist olub: “2002- ci ildə “Fəxri gənc” mükafatı almışam, Zərdabi adına mükafatın laureatıyam. Həmçinin “Simurq” milli mükafatına layiq görülmüşəm”.

Namiq Həsənovun fikrincə, son illər mətbuatda peşəkarlıq sanki azalıb. “Məndə olan məlumata görə, ölkədə 62 minə yaxın jurnalist var. Bunların hamısına jurnalist də demək olmaz. Sadəcə cibdə vəsiqə gəzdirməklə jurnalist olmur. Peşəkar həmişə peşəkardır. Kiminsə və yaxud ölkənin taleyi ilə bağlı yazılar diletant səviyyədə yazılmamalıdır. Məqalə elə yazılmalıdır ki, hamının sözünü deyə bilsin, hamı üçün anlaşıqlı olsun. Bunu müəllim də, çoban da oxuyanda anlasın ki, söhbət nədən gedir”. Namiq Həsənov hesab edir ki, jurnalistikaya təsadüfi adamların gəlməsi, müəyyən qüvvələrə qulluq etməsi, əmək haqqının az olması  peşəkarlığın azalmasına səbəb olacaq amillərdir. “Çox istərdim ki, jurnalistlərə o qədər yüksək qonarar verilsin  ki, onlar iki əlli işlərindən yapışsınlar. İşlərini itirməkdən qorxsunlar, bu zaman onlar daha peşəkar olarlar”.

Alınan xəbərlərin təhrif olunmasına gəlincə, müsahibimiz deyir ki, bəzi jurnalistlər onlara verilən informasiyanı düzgün çatdırmır: “Təhriflər çox olur. Həmkarlarımla nə vaxt görüşsək və yaxud üz-üzə gəlsək, o zaman da deyirəm ki, onsuz da biz informasiyanı rəsmi saytımızda yerləşdiririk. Belə təhriflər verməklə öz mətbu orqanlarınızın nüfuzuna xələl gətirirsiniz”.

“Yenidən mətbuata qayıtmaq istəyərsinizmi” sualına N.Həsənov “mən elə indi də mətbuatdayam” deyə cavab veriv. Onu da əlavə edib ki, hər gün bütün saytları, mətbuat orqanlarını izləyir. “Bu demək olar ki, bizim peşənin xəstəliyidir”. Təhminə Paşayeva

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Bu il Rusiya əhalisi 300 min nəfər azalacaq 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44