Modern.az

Ədalət Şükürov: “Moskvadakı məclisə Fərda və “Topuş bacı”nı da aparmışdım” - MÜSAHİBƏ

Ədalət Şükürov: “Moskvadakı məclisə Fərda və “Topuş bacı”nı da aparmışdım” - MÜSAHİBƏ

1 İyun 2013, 10:18

Modern.az-da “Nöqtəbənöqtə” rubrikasının ikinci qonağı əməkdar artist Ədalət Şükürovdur.

– “Duşa bolna” adlı albomum çıxdı. Orda bir neçə mahnı rus dilindədir. Ona görə ki, Rusiyaya biz çox gedib gəlirik.

– Bu durğunluqdur, yoxsa?

Yox, iş var, çoxdur. Tədbirlərdi, dövlət tədbirləridir, toydur-məclisdir, işlər var, Allaha şükür iş çoxdur.

– Yeni mahnı yazdırmısınızmı?

Bu yaxınlarda iki mahnı oxudum. İki mahnı üzərində də işləyirik.

– Yaradıcılığınızla bağlı belə bir fikir var-bütün mahnıları janr, ritm və stil etibarilə eynidir. Razılaşırsınız?

Birincisi, mən fəxr eləyirəm ki, bu üslubunda oxuyuram. “Altı/səkkiz” deyirlər ona. Sırf Azərbaycan üslubudur. İkincisi, Eyyub Yaqubovdu da bu cür oxuyur.

– Sizin səhnəmizə yeni üslub gətirdiyinizi demək olar?

Yeni üslub gəlib artıq on üç ildir. Mən gətirmişəm. Mən fəxr edirəm ki, bu üslub da gəldi çıxdı Azərbaycana. Musiqidən başı çıxmayan elə bilir ki, bu mahnıların hamısı eynidir. Yox, eyni deyil.

– Mahnılarınızın populyarlıq qazanmasına görə məhz bu stilə, üsluba müraciət edirsiniz?

Ədalət Şükürovu mahnılara görə tanıyırlar. “Qoca çinar”dı, “İtirdim”di, “Serenada”dı, “Dünya sənindi gözəl”di, “Badəm şərabla dolu”. 

– Son zamanlar Azərbaycanlı müğənnilərin türk estradasına axını, daha doğrusu buna cəhd var. Sizin də Rusiyada yetərincə yaxşı əlaqələriniz olduğunu bilirik. Nə üçün rus estradasında özünüzü sınamadınız?

Təəssüf ki, indiki cavanlar türk musiqisinə önəm verir və türk musiqisinə qulaq asırlar və türk üsullu ifa edirlər. Açığı deyim, bu bizə lazım deyil. Yanlışdır. Gərək öz vətənində işləyəsən, öz vətəninin mahnıların ifa edəsən. 

– 13 il əvvəl siz də Azərbaycana gələndə 33-34 yaşınız vardı. Bəlkə onlar da bu yaşdan sonra başa düşəcəklər ki, Azərbaycanda AZərbaycan sayağı oxumaq lazımdır?

Yox, mən elə birinci günlərdən tamam başqa mahnılarda böyümüşəm. Mən bir neçə dəfə də demişəm ki o lazım deyil Türkiyədə Türkiyə şou biznesinə qoşulmaq mənasızdır. Ona görə ki orda yetərincə özlərinin müğənniləri var. Və onlar heç vaxt sizi o bazara buraxmayacaqlar.

– Yəni Azərbaycandan gedib Türkiyədə uğur qazanacaq gücdə olan kimsə yoxdur? 

Müğənnilərimizin hamısı ordan suyu süzülə-süzülə qayıdıblar. 

– Sovet dövründə şanson musiqisi və ifaçıları var idi. Sizin oxuduqlarınızı müasir şanson kimi qəbul etmək olar?

Mən bilmirəm şanson siz nəyə deyirsiniz. Buna bar musiqisi deyirlər. Yəni özün oxuyub özün ifa eləyən. 

– Bir neçə dəfə özünüzü televiziya verilişlərində, bayram konsertlərində aktyor kimi sınamısınız. Nə zamansa filmə çəkilmək istəyiniz olub?

Mən aktyorluğu bitirmişəm, Sankt-Peterburqda. Vaxtilə bir neçə filmdə çəkilmişəm orda.

– Rusiyada?

Bəli. 

– Deyəsən, başqa bir ixtisasınız da iqtisadçıdır.

– İqtisadiyyat Universitetini bitirmişəm Sankt-Peterburqda, 2007-ci ildə də elmlər namizədi olmuşam.

– Səhnə adamlarının nitqində yetərincə problemlər var. Fikirlərini lazımınca ifadə edə bilmirlər, yaxud da cümlələr düzgün qurulmur...

– Ümumiyyətlə hər bir insan ali savadı olmalıdır mütləq. Bir var sən elə-belə məktəbə gedib-gəlirsən və axırda diplom alırsan ki, mən ali məktəb bitirmişəm. Biri də var doğrudan da gedirsən və hər gün insanlarla ünsiyyətdə olursan, kitab oxuyursan, orda sənin tamam başqa cür danışığın var. Təəssüf ki, on il əvvəl Azərbaycanca siz deyən yaxşı danışmırdım. Amma rus dillində çox gözəl və mən fəxr edirəm ki, rus dilində çox yaxşı danışıram. Azərbaycanda qaldıqca adam başa düşür ki, gərək danışa biləsən. Ona görə də mən sözümə nəyi gətirmək istəyirəm ki əgər insanın ali savadı yoxdursa, çox çətin o hansısa bir fikrini deyə bilər və yaxud necə deyim hansısa bir fikri söyləyə bilər. Başa düşürsüz? Ali savad mütləq lazımdır. Kim olursan ol.

– Sizi tez-tez yəhudi məclislərində olursunuz. Bəzi məqamlarda bu birmənalı qarşılanmır. Yəni dini baxımdan nəzərdə tuturam.

Yox, dini tərəfə yönəltmək lazım deyil. Bizim dinimiz elə bir dindir ki, bütün dinləri qəbul edir. Rusiyada yaşayan yəhudilər öz məclislərinə Azərbaycan müğənnilərin çağırır. Elə yəhudi məclisi yoxdur ki, orda hanısa bir azərbaycanlı müğənnisi olmasın. Mən sizə açığı deyim, bizi daha çox yəhudilər toylara çağırır.

– Yəqin ki belə məclislərdə qonorar nisbətən yüksək olur.

Moskvada qiymət iki-üç dəfə bahadır. Martın 21-i Novruz bayramını bizi yəhudilər Moskvaya çağırdılar. Xahiş elədilər ki, Kosa gəlsin, Keçəl gəlsin məclisə. Ona görə də “Toppuş bacı” və Fərda Xudaverdiyev mənimlə Moskvaya  getmişdilər.

– Fərdə orda kosa idi, yoxsa keçəl?

Aparıcı. “Toppuş bacı” Bahar qızı idi. Orda bütün uşaqlar xına yaxırdı əllərinə.

– Toy qonorarınız nə qədərdir?

3 min manat, burda yarım saat iştirak edirik.

– Bəs bütöv məclis?

Bütöv məclisi mən aparmıram. O ki qaldı məsələn, Dağıstana-filana, orda tamam başqa cürdür.

İntiqam Valehoğlu 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı