Modern.az

Eks-nazir Əli Nağıyev Bakıdadır

Eks-nazir Əli Nağıyev Bakıdadır

Ölkə

1 İyun 2013, 17:53

Bir neçə gün öncə səhhətinin pisləşdiyi barədə xəbər verilən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belorusdakı keçmiş səfiri Əli Nağıyev Bakıdadır.

Modern.az saytının məlumatına görə, Əli Nağıyev iyunun 1-də Təzəpir məscidində Mərkəzi Seçki Komissiyasının sabiq sədri Cəfər Vəliyevin vəfatının ildönümü mərasimində iştirak edib.
Həmin vaxt Təzəpir məscidindəki digər yas mərasimində iştirak edən Modern.az əməkdaşları Ə.Nağıyevi görərkən, ona yaxınlaşaraq, sabiq nazirin əhval-ruhiyyəsini soruşublar. Gümrah görünən eks-nazir səhhətinin qaydasında olduğunu söyləyib.

Qeyd edək ki, Ə.Nağıyevlə bağlı yayılan xəbərdə bildirilirdi ki, o, belində yaranan problemlə əlaqədar Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.  

Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olan Əli Nağıyev 1996-2006-cı illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri vəzifələrini tutub.

Əli Nağıyev “Diplomatik xidmət haqqında” qanuna müvafiq, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdığı üçün hakim partiya sıralarından kənarda qalmışdı.  
Yeni Azərbaycan Partiyası 2012-ci ildə onun ərizəsinə baxaraq yenidən öz sıralarına qəbul edilib.

Modern.az  
Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı