Modern.az

Azərbaycanda kompüter istifadəçilərinə yenilik: şifahi nitqi mətnə çevirə biləcəklər

Azərbaycanda kompüter istifadəçilərinə yenilik: şifahi nitqi mətnə çevirə biləcəklər

3 İyun 2013, 11:17


Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc nitqin tanınması sistemi istifadəyə verildi. Sistemin köməyilə kompüterə mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir. Dilmanc nitqin tanınması sistemi avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram istifadəçilərə daha təbii yol təklif etməklə yanaşı, klaviaturada
yığmağa nisbətən bir neçə dəfə daha sürətli mətn daxil etməyə imkan verir.

Dilmanc layihəsinin direktoru t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində başlanılıb. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilib, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılıb. Nitq bazasının yaradılması üçün 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından insanların səsləri yazılıb. Bu informasiyalardan istifadə etməklə Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanıb.

Dilmanc nitqin tanınması sistemini pulsuz onlayn servis kimi aşağıdakı
ünvanda istifadə etmək mümkündür:

//dilmanc.az/asr

Proqramı işlədərkən keyfiyyətli mikrofondan istifadə etmək məsləhət görülür. Bundan başqa, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır. Sistemin əsas xüsusiyyətlərindən biri də istifadə edildikcə keyfiyyətinin yaxşılaşmasıdır. Belə ki, sistemdən istifadə edənlərin səsi
avtomatik olaraq nitq bazasına əlavə edilir, nitq bazasının həcmi artdıqca isə sistemin dəqiqliyi də yüksəlir.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi