Modern.az

KİVDF jurnalistlər üşün yeni müsabiqə elan edib - ŞƏRTLƏR

KİVDF jurnalistlər üşün yeni müsabiqə elan edib - ŞƏRTLƏR

Qarabağ

3 İyun 2013, 18:22

Modern.az saytının məlumatına görə, Prezident yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KIVDF) Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­ib.

Müşahidə Şurası "Milli Mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları” müsabiqəsi ilə bağlı məsələyə baxıb. Şura üzvləri müsabiqənin 15 istiqamət olmaqla, 45 mövzu üzrə keçirilməsini məqbul sayıblar.

Müsabiqədə ən azı son 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Yazıların əqbuluna artıq start verilib. Yazıların qəbulu üçün son tarix 10 iyul 2013-cü ildir.
Müsabiqədə hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15 həvəsləndirici mükafat müəyyən ediləcək. 2 qalib yeri respublika ərazisində yayılan KİV-lərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə elan edilib:

İstiqamətin adı

Təklif olunan mövzular

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1) Milli qanunvericilik bazasının inkişaf dinamikası və perespektivlər

2) Azad informasiya mühitində milli mətbuatın inkişaf istiqamətləri

3) Azad fikir və medianın ictimai məsuliyyəti

2.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

1) Azərbaycanda vətəndaşhüquqvə azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

2) İnsan hüquqlarının müdafiəsi sahəsində qanunvericilik və institusional islahatlar

3) Dövlət siyasətinin əsas meyarı: İnsan amili

3.

İctimai və dövlət maraqlarının müdafiəsi

1) Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə statusunda

2) Milli dövlətçilik maraqlarınin qorunmasında vətəndaş təəssübkeşliyi

3) İctimai və dövlət maraqlarının müdafiəsi dövlətin prioritet vəzifəsi kimi

4.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

1) Dağlıq Qarabağ həqiqətləri: Beynəlxalq aləm sözdən əmələ niyə keçmir?

2) Azərbaycanın hücum diplomatiyası: İşğalçı Ermənistanı dünyanın qınaq hədəfinə çevrilir

3) Erməni terrorrunun Qarabağ vəhşətləri

5.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

1) Dünya birliyinə inteqrasiyanın Azərbaycan modeli

2) Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqeyini gücləndirən amillər

3) Qərb və şərq dəyərlərini özündə birləşdirən ölkə: Azərbaycan

6.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

1) Böyük Qayıdışa aparan yol: dəqiq istiqamət, davamlı addımlar

2) Qaçqın və məcburi köçkün həyatının mənəvi məziyyətləri

3) Prezident vədi: Azərbaycan bayrağı Şuşada dalğalanacaqdır

7.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği

1) Keçmiş tariximizi nə qədər yaxşı bilsək, gələcəyimizi o qədər yaxşı görərik

2) Milli-məvəvi dəyərlər hər bir vətəndaşın qürur mənbəyidir

3) Milli mədəni irsin öyrənilməsi və təbliğinə yeni yanaşmalar

8.

Azərbaycançılıq ideyasının təbliği

1) Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

2) Birləşdirən, bütövləşdirən ideologiya: Azərbaycançılıq

3) Azərbaycançılıq – tarixi qaynaqlar və müasirlik

9.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) Ərzaq təhlükəsizliyi strateji məqsəddir

2) Bölgələrin inkişafına dövlət qayğısının Azərbaycan modeli

3) Regionların inkişafı ölkənin hərtərəfli tərəqqisində əsas amil kimi

10.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

1) Azərbaycan kosmik sənaye ölkələri sırasında

2) 2013-cü il informasiya və kommunikasiya ilidir

3) Müasir texnologiyalardan istifadənin iqtisadi tərəqqidəki artan rolu

11

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) Diaspora təşkilatlarımız Azərbaycan həqiqətlərinin carçısıdır

2) Çağdaş lobbiçilik anlayışı: müqəddəs amallar naminə

3) Diaspor quruculuğu və lobbiçiliyin dünya təcrübəsi və Azərbaycan

12

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə

1) Dini dözümlülüyün Azərbaycan modeli dünyaya nümunədir

2) Millətlərarası münasibətlərin Azərbaycan modelinə baxış

3) Dünyanı təhdid edən amil: dini və milli ayrıseçkilik tendensiyası

13

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1) Sağlam cəmiyyətin təşəkkülündə ailə faktoru

2) Azərbaycan ictimai fikrində gender tarazlığı məsələsi

3) Əhalinin təbii artım səviyyəsi: mövcud durum nə vəd edir?

14

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) Müasir texnologiyalar uşaq və gənclərin inkişafına təsiri

2) Azərbaycan bayrağını zirvələrə daşıyan gəncliyimiz

3) Fiziki tərbiyə və mənəvi kamillik qoşa qanad kimi

15

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi

1) Müasir gənclikmilli-mənəvi dəyərlərimizin daşıyıcısıdır

2) Sağlam gənclik, milli dövlətçiliyin inkişafına təkan verici qüvvədir

3) Yüksək təhsil gənc vətənpərvər yetişdirir

 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır