Modern.az

Səyyad Aran: “Umu-küsülər o demək deyil ki, YAP-da parçalanma var” - MÜSAHİBƏ

Səyyad Aran: “Umu-küsülər o demək deyil ki, YAP-da parçalanma var” - MÜSAHİBƏ

4 İyun 2013, 08:08

“YAP-ın həm “köhnə”, həm də “yeni qvardiyası” İlham Əliyevi dəstəkləyir”

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının keçmiş üzvü Səyyad Aranın Modern.az-a verdiyi eksklüziv müsahibəni oxuculara təqdim edirik.

- İyunun 7-də Yeni Azərbaycan Partiyası  öz qurulyatında prezident İlham Əliyevin seçkidə namizədliyini irəli sürəcəyini bəyan edib. YAP-ın qurucularından biri olaraq sizin fikrinzi bilmək istərdik.  

- İnşallah partiyanın qurultayıında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. İlham Əliyev YAP-ın inkişafında, onun sıralarının artmasında, partiyanın daha da monolit bir qüvvə kimi fəaliyyət göstərməsində müstəsna xidməti olan şəxsdir. YAP-ın seçkidə ən real namizədi İlham Əliyevdir. İstər xarici, istərsə də daxili siyasət sahəsində aparılan işlər İlham Əliyevin namizədliyini qaçılmaz edir. Bu, birbaşa Azərbaycan xalqının mənafeyinə xidmət edən bir məsələdir. İlham Əliyevin xalq qarşısında gördüyü işlər o qədər aydındır ki, kimlərsə onun qarşısına namizəd kimi çıxıb nə qədər vədlər versələr də, xalq digərlərini qəbul etməyəcək.

Elə müxalifətin yaratdığı Milli Şuranın da onun qarşısına namizəd çıxarması o qədər çətinə  düşüb ki, İlham Əliyevin obrazı ilə kiminsə qarşılaşdırılması əhəmiyyətsiz və xırda görünəcək.

- Yeni yaradılmış Milli Şuranı hakimiyyətə güclü rəqib ola biləcəyini proqnozlaşdırırlar. Siz necə hesab edirsiniz?

- Milli Şuranın bu günə qədər bəh-bəhlə söylədiklərinə baxmayaraq, hələ də tərkibi müəyyən olunmayıb. Milli Şuranın siyahısı elan olunmamış qurumda artıq parçalanmalar başlayıb. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin qarşısına çıxarılacaq namizədləri yoxdur. İlham Əliyevin YAP-ın şəksiz lideri kimi irəli sürülməsi o dərəcədə güclü gedişdir ki, onun qarşısına kiminsə çıxarılması və ona bərabər olacağı təsəvvür olunmur. Bu isə parçalanmalara gətirib çıxarır. KİV seçkilərdə Milli Şuradan namizəd kimi iki adamın adını hallandırır: Rüstəm İbrahimbəyov və Mehman Əliyev. Siz özüünz təsəvvür edin: Bunlar İlham Əliyevlə seçkilərdə mübarizə apara biləcəklər?

- YAP rəhbərliyinin “köhnə qvardiya” ilə münaqişədə olduğu barədə KİV-də məlumatlar yayılır. Siz bu barədə nə deyə bilərsiniz?

- YAP-da heç bir parçalanma yoxdur. Onun əsası monolit şəkildə qoyulub. Partiyada olsa-olsa nöqtəyə bənzər qopmalar baş verə bilər. YAP-ın “köhnə qvardiyası” da, “yeni qvardiyası” da, orta nəslin nümayəndələri də yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Umu-küsülər ola bilər. Bu təbiidir. Amma bu o demək deyil ki, YAP-da parçalanmalar var. Bəli, müxalifət mətbuatı çox böyük həvəslə bu parçalanma barədə fərziyyələr uydurur. Bu bəsit və solğun illüziyalara qapılmaq deməkdir. 700 minə yaxın üzvü olan partiyada bir-iki nəfər narazı adam tapmaq tamamilə mümkündür. Milli Şurada fikir ayrılığı varsa, kompromis barədə düşünümürlərsə, YAP-dakı parçalanamdan danışmaq boş təsəllidən başqa bir şey deyil.

- Siz YAP-ın qurululatayına nümayəndə seçilmisiniz?

- Bəli, mən qurultaya nümayəndə seçilmişəm. 

X.SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi