Modern.az

Ötən ay Rusiyanın qaz hasilatı 11% AZALIB

Ötən ay Rusiyanın qaz hasilatı 11% AZALIB

İqtisadiyyat

28 Fevral 2023, 09:50

2023-cü ilin yanvar ayında Rusiyada təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7% azalaraq 62,7 milyard kubmetr olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Azalmanın əsas hissəsi (təxminən -18,4%) "Qazprom"un payına düşüb. 2023-cü ilin yanvar ayında şirkət 40,7 milyard kubmetr (2022-ci ilin eyni dövründə - 49,9 milyard kubmetr) qaz hasil edib.

 

Xatırladaq ki, 2022-ci ilin yanvar-dekabr aylarında Rusiya qaz hasilatını 13,3% azaldıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novakın verdiyi məlumata görə, ölkənin neft və qaz satışından əldə etdiyi gəlir il ərzində demək olar ki, üçdə bir artıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir