Modern.az

Almaniya Ukraynanı kəşfiyyat sistemləri ilə təchiz etməyə başladı

Almaniya Ukraynanı kəşfiyyat sistemləri ilə təchiz etməyə başladı

Dünya

28 Fevral 2023, 15:53

Almaniyanın "Rheinmetall" konserni Ukraynanı ərazilərin monitorinqi üçün avtomatlaşdırılmış kəşfiyyat sistemləri ilə təchiz etməyə başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin məlumatına görə, sifarişin dəyəri on milyonlarla avro təşkil edir.

 

Bildirilib ki, paketə mobil müşahidə qüllələri, mini dronlar, idarəetmə sistemləri və nəqliyyat vasitələri daxildir.

 

Qeyd edək ki, "Rheinmetall" konserni həm də "Leopard" tanklarının əsas istehsalçısı kimi tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi