Modern.az

Pasportunu evdə unudan isveçli naziri rus sərhədçiləri ölkəyə buraxmayıb

Pasportunu evdə unudan isveçli naziri rus sərhədçiləri ölkəyə buraxmayıb

İqtisadiyyat

5 İyun 2013, 16:54


İsveçin xarici işlər naziri Karl Bildt üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə Rusiyaya buraxılmayıb. Diplomat sənədlərini Skoqholmdakı evində unudub.

Modern.az bildirir ki,  Bildt Barens-Avroarktik bölgəsinin hökumət başçılarının Kirkenese (Norveç) şəhərində keçirilən görüşündə iştitak edib. Nazir fürsətdən istifadə edərək Rusiyanın Borisoqlebsk qəsəbəsində maraqlı tarixə malik və 1826-cı ildə Rusiya ilə İsveç arasında sərhədlərin müəyyənləşməsində vacib rol oynayan kilsəni ziyarət etmək qərarına gəlir.

Lakin Norveç-Rusiya sərhəddini keçərkən Bildti sərhədçilər saxlayırlar. Üzərində sənədi olmadığına görə nazir Kirkenese geri dönməli olur. Norveç Xarici İşlər nazirinin mətbuat katibi Erik Zsiqa açıqlamasında qeyd edib ki, “Bu hadisə bir daha səfərlərə ciddi hazırlaşmağı və üzərində sənəd olmağın önəmini göstərir”.

  V. İSMAYILOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır