Modern.az

İran pulu rekord həddə dəyərdən düşdü

İran pulu rekord həddə dəyərdən düşdü

İqtisadiyyat

28 Fevral 2023, 22:45

İranın milli valyutası rekord həddə dəyərdən düşüb.

 

Modern.az xəbər verir ki, hazırda 1 dollar 600 min İran realına bərabərdir.

 

Məlumata görə, İranın milli valyutasının dəyərdən düşməsinin səbəbi ölkədə baş verən kütləvi aksiyalardır.

 

Maliyyə üzrə mütəxəssislər hesab edir ki, ABŞ və Avropa dövlətləri ilə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırılması ilə əlaqədar apardıqları danışıqların pozulması və beynəlxalq iqtisadi sanksiyalar rialın dəyərdən düşməsinə səbəb olub.

 

Onu da bildirək ki, hazırda İranda inflyasiyanın səviyyəsi 53,4 faizdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir