Modern.az

Qubada ev yandı - Yataq xəstəsi tüstüdən zəhərləndi

Qubada ev yandı - Yataq xəstəsi tüstüdən zəhərləndi

Hadisə

6 Mart 2023, 13:20

Qubada ev yanıb, tüstüdən zəhərlənən var.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.

 

Bildirilib ki, Quba şəhərində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?