Modern.az

Bakıda və Sumqayıtda güclü duman - FAKTİKİ HAVA

Bakıda və Sumqayıtda güclü duman - FAKTİKİ HAVA

Ölkə

6 Mart 2023, 14:58

Hazırda Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Modern.az-a bildirib ki, martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

 

Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: "Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Eyni zamanda cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi