Modern.az

Gürcüstan etirazları: 133 nəfər saxlanıldı

Gürcüstan etirazları: 133 nəfər saxlanıldı

Dünya

9 Mart 2023, 09:52

Gürcüstandakı etirazlar zamanı saxlanılanların sayı 133 nəfərə çatıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır