Modern.az

Kiyev Şolts hökumətini ittiham etdi - Problem sizdədir

Kiyev Şolts hökumətini ittiham etdi - Problem sizdədir

Dünya

12 Mart 2023, 13:52

"Almaniya hökuməti Ukraynaya sursat istehsalı üçün sənaye müəssisəsi ilə müqavilə bağlamır".

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bild” nəşrinə müsahibəsində bildirib.

 

"Biz Almaniya silah sənayesinin nümayəndələri ilə görüşdük. Mənim iştirakımla onlar Almaniya hökumətindən müqavilələr imzalamağı tələb etdi. Buna görə də demək lazımdır ki, problem hökumətdədir", - o deyib.

 

Qeyd edək ki, bundan əvvəl Ukrayna üçün hərbi istehsalın Almaniyadan ABŞ-a köçürülməsi müzakirə olunurdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə