Modern.az

NATO Rusiyanın dağılmasına hazır olmalıdır - General

NATO Rusiyanın dağılmasına hazır olmalıdır - General

Dünya

12 Mart 2023, 14:25

"NATO Rusiyanın dağılmasına hazır olmalıdır".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hərbi alyansın Avropadakı qüvvələrinin fransalı keçmiş komandan müavini Mişel Yakovlef deyib.

 

Onun fikrincə, Rusiyanın dağılması qaçılmazdır və bu, SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq.

 

"Çünki indi ölkədə faktiki olaraq üç ordu var. Bütün bunlar Rusiya Federasiyasını 1973-cü il modelinin Livanına çevirir. Putin rejimi fevralın 24-dən əvvəl məhvə məhkum idi və Ukraynanı işğal etmək qərarı yalnız süqutu sürətləndirdi", - deyə general əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR