Modern.az

Azay Quliyev Litva QHT-lərini fəal olmağa çağırdı

Azay Quliyev Litva QHT-lərini fəal olmağa çağırdı

11 İyun 2013, 11:00

Litva Seymində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin təqdimatı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Şuranın sədri millət vəkili Azay Quliyev çıxış edərək, rəhbəri olduğu qurumun fəaliyyəti və xarici QHT-lər üçün təklif olunan qrant proqramı haqqında ətraflı məlumat verib. QHT rəhbərlərinin çoxsaylı suallarını cavablandıran Azay Quliyev elan olunan mövzuların həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib və QHT-ləri bu müsabiqədə aktiv iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən səfir Həsən Məmmədzadə müsabiqə elan olunduqdan sonra təqdimatın birinci olaraq Litvada keçirildiyini iştirakçıların diqqətinə çatdırıb və litvalı QHT-lərin bu proqramda uğurla təmsil olunacaqlarına ümid etdiyini  bildirib.

Tədbirdə Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Yuras Pojela, Seymin Xarici işlər komitəsinin üzvü Mantas Adomenas, ölkənin aparıcı ali təhsil ocaqlarının rəhbərləri, nüfuzlu QHT və KİV nümayəndələri, eləcə də bir çox rəsmilər iştirak ediblər.

Xatırladaq ki, ABŞ, Rusiya, Avropa İttifaqının bir çox aparıcı dövlətlərinin də  daxil olduğu 15 ölkənin QHT-lərinin iştirak edə biləcəyi müsabiqə 1) Təməl insan hüquq və azadlıqlarının qorunması, 2) Ksenofobiya, irqiçilik və islamofobiya əleyhinə mübarizə, 3) Regionda sülh və təhlükəsizliyin təmin olunması və münaqişələrin neqativ nəticələrini aradan qaldırılmasına ictimai dəstək (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində) 4) Mədəniyyətlərarası dialoqun gücləndirilməsi, 5) 26.02.1992-ci ildə törədilmiş Xocalı soyqırımı haqqında ABŞ və Avropa ictimaiyyətinin məlumatlandırılması kimi mühüm mövzuları əhatə edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi