Arxiv
1 Aprel 2010, 10:47 | MEDİA
Kriminaldan yazan jurnalistlər: “Kriminal xəbərlər “ətli xörək”di”

Cəmiyyət yazılı və elektron mətbuatın təqdim etdiyi kriminal xəbərlərə birmənalı münasibət bəsləmir. Belə xəbərə maraq göstərənlərlə yanaşı, onların təqdimatının əleyhinə olanlar da var. İndi ilə müqayisədə təxminən 10-12 il öncə qəzetlərin manşetinə daha çox kriminal xəbərlər verilirdi. O zaman belə xəbərlərə aclıq hiss olunurdusa, sonralar cəmiyyət ondan sanki doydu.

Amma son vaxtlar bəzi xəbər saytları və telekanallar kriminal xəbərləri yenidən populyarlaşdırmağa başlayıblar. “Bir ailənin beş üzvü avtomobil qəzasında öldü”, “Salyanda ot bağlaması yandı, tövlədə tüstüdən boğulan da var”, “Qaynanasını baltaladı”,  “Arvadını bıçaqladı”,  “Özünü asdı”… Xüsusi təqdimatla verilən bu kimi kriminal xəbərlərə oxucu tələbatı varmı? Kiriminal yazarları bu xəbərləri asan yollamı əldə edirlər?

Modern.az kriminal xəbərlər üzrə ixtisaslaşan bəzi jurnalistlərin fikirlərini öyrənib.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Könül Zərbəliyeva: “Biz ancaq səsli-küylü kriminal xəbərlər olanda veririk. Ümumiyyətlə , kriminal xəbərlərə geniş yer verilməsinin tərəfdarı deyiləm. Kriminal xəbərlərin verilməsi cəmiyyətdə aqressiya yaradır, cinayətə meyilliyi artırır. Çox təəssüf ki, cəmiyyətdə belə xəbərlərə tələbat çoxdur. Televiziyada da ən çox bu tipli xəbərlərə baxılır”. Könül Zərbəliyeva deyir ki, əksər hallarda özü kriminal xəbərləri prokrorluq və daxili işlər orqanlarından əldə edir: “Amma elə hallar da olur ki, həmin qurumlardan kimlərsə bizə o məlumatları çatdırmaqda maraqlı olurlar”. K.Zərbəliyevanın sözlərinə görə, prokrorluqdan kriminal xəbərlər əldə etmək Polis idarələrinin növbətçi hissələri ilə müqayisədə daha asandır. Həmkarımız hüquq təhsilli olduğuna görə, məhz bu sahədən yazmağı üstün bilir. “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanılı: “Kriminal xəbərlərə həmişə tələbat olub, indi də var. Məsələn, hər hansı bir məmur övladı rüşvət alır. Bu cinayət hadisəsidir. Necə ola bilər ki, bunu verməyəsən. Elə kriminal xəbərlər var ki,  qəzetin manşetini zəbt edir. Kriminal xəbərləri qəzet manşetinə çıxartmaqla onu ictimailəşdirik. Bu da hansısa problemin həllinə yardımçı olur. Mən kriminal xəbərlərə “ətli xörək” kimi baxıram, hər gün nə qədər göy-göyərti yeyəsən…”. Elşən Balaxanlı deyir ki, elə xəbərlər var ki, onları tanışlıq, şəxsi münasibətlər, şəxsi kanallar vasitəsilə əldə edir: “Əvvəllər kriminal xəbərləri əldə etməkdə elə də problem olmurdu. Hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərindən də bizə xəbərlər verilirdi. İndi belə deyil, əvvəlki münasibətlər yoxdu”. Həmkarımızın sözlərinə görə, əvvəllər hər şeydən yazıb, sırf kriminal sahəsinə isə zərurətdən müraciət edib.

 

APA-nın əməkdaşı Hafiz Heydərov: “İstər kriminal, istərsə də digər sahələrdən xəbərlər olsun, yaxşı, pis xəbər anlayışı yoxdur. Mətbuatın borcu həmin xəbərləri ictimaiyyətə doğru çatdırmaqdır. Ancaq kriminal xəbərlər daha çox ictimai maraq  doğurur. Demək olar ki, ən çox da oxunan bu tipli xəbərlərdir”. Hafiz Heydərov deyir ki, xəbər əldə etməkdə o qədər də çətinlik çəkmir. “Bəzən prokrorluq orqanlarından, polis bölmələrindən informasiya əldə etməkdə çətinliklər olur. Ancaq jurnalist informasiya ala bilmirsə, bu həmin orqanların yox, jurnalistin öz günahıdır”. H.Heydərov ixtisasca hüquqşünas olduğu üçün kriminal sahədən yazmağı daha üstün bilib.

“Üç nöqtə”qəzetinin əməkdaşı Xalid Vahidoğlu: “Mən hesab edirəm ki, əvvəlki vaxtlarda olduğu kimi bu gün də kriminal xəbərlərə tələbat var. İndi ixtisaslaşma gedir. Bu gün ayrıca kriminaldan yazan qəzetlər də var. Əvvəllər elə xəbərlər var idi  ki, onları manşetə çıxarmaq düzgün idi, həmçinin də zəruri idi”. Xalid Vahidoğlu məlumatları polis bölmələrindən və şəxsi əlaqələr vasitəsilə əldə etdiyini söyləyir. “Demək olar ki, hüquq-mühafizə orqanlarının jurnalistlərlə münasibətləri yaxşıdır. Bəzi mətbu orqanlarda ayrıca kriminal şöbəsi var, bəzilərində isə yoxdu. Bu, məncə maliyyə problemləri ilə bağlıdır. Çünki əlavə bir şöbə əlavə pul tələb edir. Qəzetlərdə ixtisaslaşma olsa, peşəkarlıq daha da artar. Bu qəzetin ümumi imici üçün də lazımdır”. X.Vahidoğlu deyir ki, redaksiyada tələbat olduğuna görə kriminal sahədən yazır.

 

Lent.az portalının əməkdaşı Fərid Əkbərov: “Bu gün ən çox oxunan kriminal xəbərlərdir. Ən çox manşetə çıxarılın da elə bu tipli məlumatlardı. Demək olar ki, kriminal hadisələr günümüzün bir parçasına çevrilib”. Fərid Əkbərov deyir ki, kriminal sahədən yazmağın öz çətinlikləri var: “İnformasiya əldə etməkdə müəyyən problemlər olur. Məsələn, Polis bölməsindən deyirlər ki, “get məlumatı nazirlikdən al”. Nazirlik isə xəbərləri öz saytında yerləşdirir. Artıq bu xəbəri götürüb öz mətbuat orqanında verməyin əhəmiyyəti qalmır”.   F.Əkbərov əvvəl siyasət şöbəsində çalışıb. Hərbi xidmətə gedib gəldikdən sonra ona kriminal şöbəsində çalışmağı tapşırıblar: “Artıq elə alışmışam ki, bu sadədən ayrıla bilmərəm”. 

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Əslində kriminal xəbərlərə tələbat var. Oxucu, əsasən önəmli kriminal xəbərlərə daha çox maraq göstərir. İnternet saytlarına baxsaq, görərik ki, ən çox oxunan krminal xəbərlərdir. Amma xəbələrin əksəriyyətinin kriminalı əhatə etməsinin əleyhinəyəm”. Anar Bayramoğlu deyir ki, məlumat əldə etmək üçün təkcə DİN-lə, polis bölmələrilə əlaqə saxlamaq azdır, gərək məhkəmə proseslərində də iştirak edəsən. O, “Şərq”də kriminal xəbərlərlə yanaşı digər sahələrdən də yazdığını deyir: “Bizdə konkret göstəriş yoxdu ki, yalnız kriminaldan yazım. Həm kriminal, həm də digər sahələrdən xəbərlər yazıram”.

 

“Mərkəz” qəzetinin əməkdaşı İntiqam Valehoğlu: “Deməzdim ki, kriminal xəbərlərə o dərəcədə təlabat var. Öz mətbu orqanlarını diqqətdə saxlamaq üçün kriminal xəbərlərə daha çox yer ayrırlar. Oxucunun diqqətini çəkmək üçün bundan istifadə edilir”. İntiqam Valehoğlu bildirir ki, məlumatları adətən hüquq- mühafizə orqanlarından alır. “Bununla yanaşı, hər jurnalistin özünün şəxşi mənbələri də olur. Bu mənbənin açıqlanması düzgün deyil. Əslində mən mətbuatda bu tipli xəbərlərin üstünlük təşkil edilməsinin əleyhinəyəm. Belə xəbərlər insanların psixologiyasına mənfi təsir göstərir”. İ.Valehoğlu təkcə kriminaldan deyil, digər sahələrdən də xəbərlər, məqalələr hazırladığını söyləyir. Təhminə Paşayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Evlənmək istəyən cütlüklərdə xəstəliklər aşkarlandı - SİYAHI 13 Dekabr 2019, 12:14 Mərkəzi Bank uçot dərəcəsini azaltdı 13 Dekabr 2019, 12:07 BDU-nun professoru jurnalistlərə “seçki iradı” tutdu: belə yazmayın! 13 Dekabr 2019, 12:06 Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29