Arxiv
1 Aprel 2010, 11:37 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov, müstəqil jurnalist Ülkər İsmayılqızı, “525-ci qəzet”in əməkdaşı Aqil Lətifov danışır.

 

 

Elçin Mirzəbəyli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

 

Kafedə qəzet nəşri

- “Xalq Cəbhəsi” 8-ci mikrorayondakı keçmiş redaksiyasında (13-cü mərtəbədə) fəaliyyət göstərdiyi zaman işıqlar tez-tez sönür, lift də işləmirdi. Bəzən çox bərbad situasiya yaranırdı, bilmirdik neyləyək. Növbəti dəfə belə vəziyyət yarananda mən Bakıda deyildim. Ancaq mütəmadi olaraq redaksiya ilə əlaqə saxlayırdım. Axşam saat təxminən 21.00 radələrində redaksiyaya zəng edib vəziyyətin nə yerdə olduğunu soruşdum. Redaktorlardan biri dedi ki, “problem yoxdur, narahat olmayın”.

Bakıya qayıdandan sonra işdə mənə uşaqların başlarına gələn maraqlı və bir qədər də acınacaqlı əhvalatı danışdılar. Sən demə, redaktor mənimlə danışdığı zaman kollektivlə birlikdə bütün kompüterləri, avadanlıqları və A3 formatlı printeri birinci mərtəbəyə endiriblər ki, yaxınlıqdakı kafelərdən birində qəzeti nəşr etsinlər. Mənimlə telefonda danışan zaman redaktor tələsib  əlində tutduğu prossesoru yerə salıb sındırıbçış. Amma bütün bu çətinliklərə baxmayaraq, kollektivimiz qəzeti nəşr etdirə bilib.

“Əliməmməd Nuriyev cəllad baltasının tərəfdarıdır” - Bu yaxınlarda millət vəkillərindən biri zorlama cinayətlərin sayının azaldılmasına nail olmaq üçün həmin hadisəni törədən şəxsin cəza müddətinin uzadılması və əlavə olaraq onların axtalanması təklifini irəli sürmüşdü. Müxbirimiz Ağa Cəfərli bununla bağlı material hazırlamaq üçün hüquqşünas Əliməmməd Nuriyevə müraciət etmişdi. Əliməmməd bəy də təklifi dəstəklədiyini vurğulamışdı. Ancaq Ağa Cəfərli yazıda onu elə yazmışdı ki, guya Əliməmməd Nuriyev cəzanın bundan da sərt olmasını istəyir. Hətta daha sərt, cəllad baltasının tərəfdarıdır. Həmin gün redaksiyada bunu eşidib çoxlu gülmüşdük.

 

Vidadi Məmmədov, “Azadlıq” qəzetinin əməkdaşı

 

“Andreas Herkel”in Azadlıq”a göndərdiyi məktub

- Bir dəfə "Azadlıq"dakı həmkarım Xəyal Şahinoğlu ilə AŞ PA-nın həmməruzəçisi Andreas Herkelin adına elektron ünvan açıb digər həmkarımız, hazırda mühacir həyatı yaşayan Fikrət Hüseynliyə məktub yazdıq. Məktubda "Andreas Herkel" Fikrət Hüseynlinin haqqı yazan qələm sahibi kimi təqib və təyziqlərə məruz qalmasının ona məlum olduğunu qeyd edərək həmkarımızı Strasburqa-AŞ PA-nın sessiyasında Azərbaycanda medianın vəziyyəti barədə məruzə söyləməyə dəvət edirdi. Təbii ki, məktub rusca yazılmışdı. Fikrət Hüseynli elektron ünvanına nəzər salanda "Andres Herkel"in ona məktub yazdığını görüb həyəcanlandı. Dərhal kiməsə zəng vuraraq "tez yanıma gəl səninlə işim var, bir yazı var onu tərcümə etməlisən" dedi. Xəyalla mən isə kənardan Fikrət Hüseynlinin bu həyəcanlı vəziyyətinə baxıb gülür və sonda nə olacağını gözləyirdik. Amma təəssüf ki, redaktorumuz Sücəddin Şərifov necə deyərlər bizi "baqaja" qoydu. Təsəvvür edin ki, Sücəddin "Ağsaqqal” (biz redaksiyada Fikrətə “Ağsaqqal” deyə müraciət edirdik) özünə əl qatma,  məktubu Vidadi ilə Xəyal yazıb" deyəndə Fikrət nə hala düşdü. Amma sonra tez gülərək "əşi mən bilirdim ki, bunu siz eləmisiz" deyib vəziyyətdən çıxmağa çalışdı”

 

“Hikmətləri səhv salmışdım”

- Bir neçə il əvvəl dövlət imtahanlarında "çp" olmuşdu. Söhbət cavab kartlarının bunkerdən oğurlanmasından gedir. Mən də bu mövzu ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına zəng vurmalı idim. Komissiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Kazımov adlı şəxs idi. Xəyala Şahinoğluna dedim ki, tez Hikmətin nömrəsini ver. Xəyal da bir nömrə verdi. Zəng vurdum və dəstəyi götürən şəxsə "Hikmət müəllim salam necəsiniz?" deyən kimi qarşı tərəf  "zibil kimi" deyə cavab verdi. Dərhal şübhələndim ki, bu deyəsən başqa Hikmətdi. Danşıdığım şəxsin hansı Hikmət olduğunu öyrənmək üçün onu bir az söhbətə tutdum və məlum oldu ki, Xəyal ya bilərəkdən, ya da səhvən (and içirdi ki, səhvən verib)  Hikmət Hacızadənin nömrəsini verib. İndi mən Hikmət bəyə nə üçün zəng vurduğumu izah etməliydim. Məcbur qalıb dedim ki, “biz sizdən geniş müsahibə götürmək istəyirik, amma bu gün üçün yox, sabah üçün. Sadəcə bu gün zəng vurub vaxtı öyrənmək istədik”. Hikmət bəy də, Allah köməyi olsun, dedi ki, “mən sabah bir həftəlik səfərə gedirəm”. Bu, vəziyyətdən çıxmaq üçün əla şans oldu. Tez dedim ki, “onda inşallah, səfərdən qayıdandan sonra zəngləşərik”, beləcə vəziyyətdə çıxdım.

 

"Dəli zadam ki, öz-özümə danışım?"

 

- "Azadlıq"ın ən səmimi qızlarından biri olan Arzu Abdulla tanınmış sənətçi Akif İslamzadədən müsahibə götürürdü. Açıq-aydın sezilirdi ki, müsahibə alınmır. Arzu müsahibənin maraqlı olması üçün dəridən-qabıqdan çıxır, amma Akif bəy tərsliyinə salıb lakonik cavablar verməklə həmkarımızı məyus edirdi. Birdən hardansa Arzunun ağlına belə bir sual gəldi: "Akif bəy, olubmu ki, öz-özünüzə danışasanız?". Əlbəttə ki, Arzu bu sualı ilə Akif bəyin özü-özünə hesabat verib-verməməsini, ürəyində nələri götür-qoy etdiyini nəzərdə tuturdu. Arzunun son ümidi bu sual idi. Düzdü sual da bir qədər kobud da sayıla bilərdi. Bu suala Akif bəy belə cavab verdi: "Mən məgər dəli zadam ki, öz-özümə danışım?". Bu cavab Arzunu elə məyus etdi ki... Biz isə qonşu otağa qaçıb gözümüz yaşarana kimi güldük”.

”Əyyub Kərim”in müsahibəsi

 

- Adını çəkmək istəmədiyim həmkarımız bir dəfə bizdən tanınmış hüquqşünas Əyyub Kərimin mobil telfonunun nömrəsini istədi. Və yenə də mənimlə Xəyal həmkarımıza Fikrət Hüseynlinin nömrəsi verdik. Digər otaqda klaviatura döyəcləyən Fikrətə də məsələni izah etdik və dedik ki, Əyyub Kərimin adından müsahibə ver. Həmkarımız "Əyyub Kərim"ə, yəni Fikrətə zəng vuraraq şəhər nömrəsi istədi. Fikrət də “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin otağının nömrəsini verdi və özü də ora keçib "müsahibə" verməyə başladı. "Müsahibə" 40 dəqiqədən artıq çəkdi və "Əyyub Kərim"in söylədiklərinin hamısı əsl sensasiya idi. Mənə elə gəlir ki, həmin "müsahibə" dərc olunsaydı, indi qətlə yetirilmiş jurnalistlərimizin sayı 3 olardı. "Müsahibə" bitdikdən sonra həmkarımız sevinə-sevinə onu diktofondan köçürməyə getdi. Biz də oturub fikirləşdik ki, deyəsən, bu dəfə barıtını artıq eləmişik. Hansısa yollasa bu "müsahibə" dayandırılmalıdı. Fikrət yenidən həmin həmkarımıza zəng vuraraq müsahibəni bu gün dərc etməməyi, səhər əlavələr edəcəyini bildirdi. Həmkarımız isə "eybi yox Əyyub bəy, bu gün bir hissəsini verək, qoy silsilə olsun" deməklə vəziyyəti bir qədər də çətinləşdirdi. Yalnız Fikrətin çox israrlarından sonra həmkarımız yola gəldi və müsahibəni səhəri gün dərc etdirəcəyinə söz verdi. Səhəri gün isə Fikrət özünə məxsus şəkildə həmkarımıza izah elədi ki, onun danışdığı “Əyyub Kərim” elə özüdür.

 

Ülkər İsmayılqızı, müstəqil jurnalist

 

Məhəmməd Hatəmi aranı qarışdırdı

 

- “Azadlıq” qəzetində işlədiyim vaxtlar idi. O zaman İranın prezidenti Məhəmməd Hatəmi barədə material hazırlamışdım. Sabahı gün qəzetin ilk səhifəsində yerləşdirilən yazıya baxanda gördüm ki, İran prezidentinin əvəzinə 80-ci illərdə Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olan Məhəmməd Hatəmi Tantəkinin şəkili gedib. “Azadlıq”da buna oxşar daha bir hadisənin şahid oldum. Qəzetdə Ermənistan prezidenti Ter Petrosyanın əvəzinə səhvən Müstəqil Azərbaycan Partiyasının sədri, akademik Nizami Süleymanovun şəkili getmişdi. 

Başsağlığı təbrik rubrikasında

- “Üç nöqtə” qəzetində işləyirdim. Bir dəfə “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu baş redaktor Xoşqədəm Hidayətqızından xahiş etmişdi ki, qəzetdə onun tanışının vəfat etməsi ilə əlaqədar başsağlığı verilsin. O zaman məşhur dizayner Seymur İsmayılov orada çalışırdı. O, səhvən başsağlığını təbrik rubrikasında vermişdi. Təbrikdə deyilirdi: ““Üç nöqtə” qəzetinin kollektivi Şahbaz Xuduoğlunun tanışının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə baş sağlığı verir”. Buna görə redaksiyada çox böyük hay-küy qopdu.

 

Aqil Lətifov,  “525-ci qəzet”in əməkdaşı

VİP əvəzinə DİP

 

- Bir neçə il bundan qabaq Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə müsahibə götürmək istəyirdim. Ancaq nömrələr yazılan dəftərçəm evdə qaldığı üçün onun koordinatlarını həmkarlarımdan almalı oldum. «Həftə içi» qəzetində çalışan Əli Zülfüqaroğluna telefon açaraq dedim ki, “Əli mənə VİP-dən nömrə lazımdı”. O da mənə bir nömrə verdi və həmin nömrə ilə əlaqə saxlayıb Əli bəylə danışdım. Ona müsahibə götürmək fikrində olduğumu bildirdim. O da razılaşdı. Əli bəydən partiyanın yerini öyrəndikdən sonra belə razılaşdıq ki, sabah saat 12-də təşkilatın qərargahında görüşək. Səhər həmin həmin yerə yollandım. Girişdə Demoakratik İslahatlar Partiyasının (DİP) adı yazılan lövhəni gördüm. Bu zaman anladım ki, mən başqa Əli bəylə danışmışam. Sən demə həmkarım VİP-i DİP kimi başa düşüb və mənə DİP-in nömrəsini verib. Təsadüfdən də DİP-də Asim Mollazadənin köməkçiləri arasında Əli adlı bir şəxs var imiş və mən müsahibə üçün onunla danışıb razılaşıbmışam.

 

“Aqil Ələsgər xahiş etdi ki, imzamı dəyişim”

- Mən «525-ci qəzet»dən əvvəl başqa mətbu orqanlarda da çalışmışam. O zaman daha çox kəskin tənqidi yazılara üstünlük verirdim. İmzamı da elə sadəcə “Aqil” yazırdım. O vaxtlar jurnalistikaya hələ təzə başlamışdım. Bir dəfə QHT sədri Aqil Ələsgər redaksiyamıza gələrək mənimlə görüşdü və oturub uzun-uzadı söhbət etdik. O mənə dedi ki, “sənin bu yazılarını görə bəzi şəxslər məni qınayırlar. Bu yazılarına başqa imza qoy”.  Dedi ki, nə qədər dil-ağız etsə də elə bilirlər ki, yazıları o yazır. Mən dedim ki, imzamı dəyişən deyiləm.

 

Hazırladı Günay Musayeva

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?