Modern.az

Ötən il AZAL nə edib? 

Ötən il AZAL nə edib? 

İqtisadiyyat

17 Mart 2023, 11:14

“Azərbaycan Hava Yolları” QSC tərəfindən 2022-ci il ərzində daşınmış sərnişinlərin sayı 2021-ci illə müqayisədə 2 dəfə artaraq 2253,8 min nəfər təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Sərnişinlərin 1497,7 min nəfəri beynəlxalq istiqamətlərdə, 756,1 min nəfəri isə ölkədaxili istiqamətlərə daşınıb. 2022-ci ildə daşınmış yük və baqajın həcmi 2,1 dəfə, poçt daşımasının həcmi isə 15,9% artaraq müvafiq olaraq 10,1 min ton və 214,1 ton olub.

 

2022-ci ildə ümumi uçuşların sayı 2021-ci ilə nisbətən 99,6 % artaraq 18,6 min uçuş təşkil edib. Hesabat dövründə beynəlxalq istiqamətlərdə 13,0 min uçuş, yəni əvvəlki ilə nisbətən 2,3 dəfə çox uçuş həyata keçirilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi