Modern.az

QHT Şurasında 2-ci maliyyə yardımı ilə bağlı müzakirələr oldu

QHT Şurasında 2-ci maliyyə yardımı ilə bağlı müzakirələr oldu

12 İyun 2013, 18:53



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub. İclası açan Şura sədri Azay Quliyev gündəliyi təqdim edib. Gündəlikdə Şuranın elan etdiyi ikinci maliyyə yardımı müsabiqəsinin birinci mərhələsinin yekunları, Şuranın Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi, QHT-lər üçün elektron imza forması və cari məsələlər vardı.

Şura sədri A.Quliyev ikinci maliyyə yardımı müsabiqəsilə bağlı QHT-lərin fərdi və koalisiya formasında təqdim etdikləri layihələrdə mövzu aktuallığının və təşkilatların ümumi potensialının qiymətləndirilməsi məsələlərinin maliyyələşdirmə şərtləri sırasında önə çəkiləcəyini qeyd edib.  Gündəliyin birinci məsələsilə bağlı Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verdi. F.Qurbanov bildirdi ki, ikinci maliyyə yardımı müsabiqəsində 230 QHT-nin müraciəti qeydə alınıb və təklif edilən layihə mövzuları üzrə seleksiya işi həyata keçirilib.

F.Qurbanov növbəti mərhələdə QHT-lərdən layihə təkliflərinin, eləcə də hesabatlarının qəbul edilməsi üçün təşkilatlara Şura tərəfindən xüsusi kod verilməsini tənzimləyən ərizə formasını təqdim edib. Şuranın Əsasnaməsinə dəyişikliklərlə bağlı qeyd edilib ki, Şuranın fəaliyyəti və həyata keçirdiyi funksiyaların genişlənməsilə bağlı Əsasnaməyə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb. Şura üzvləri Əsasnaməyə təklif edilən dəyişikliklərə münasibət bildiriblər. Cari məsələlər sırasında Şuranın və Katibliyin fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınıb.

Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır