Modern.az

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

İdman

23 Mart 2023, 08:20

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Matç 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurublar.

 

Millimiz qrupda növbəti oyununu martın 25-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu