Modern.az

Nazirlik: Yeniyetmələrin yay düşərgələrinə göndərilməsinə başlanıb

Nazirlik: Yeniyetmələrin yay düşərgələrinə göndərilməsinə başlanıb

Aktual

13 İyun 2013, 16:41


“Gənclərin istirahəti və yay tətillərinin təşkili üçün Gənclər və İdman Nazirliyi tərəfindən onların istirahət düşərgələrinə göndərilməsi prosesi hər il olduğu kimi bu il də davam etdirilir”. Bu sözləri Modern.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib. O, qeyd edib ki, gənclərin istirahət düşərgələrinə göndərilməsi prosesinə artıq başlanılıb.
“14-18 yaş arası yeniyetmələrin Gənclər və İdman Nazirliyi tərəfindən istirahət düşərgələrinə göndərilməsinə iyunun 12-dən başlanılıb. Bu proses mərhələlərlə iyulun 3-dək davam edəcək”.

Prosesin ümumilikdə 740 nəfəri əhatə edəcəyini deyən Q.Mehdiyev düşərgələrin Nabran, Şəki, Göygöl, Quba və Lənkəran zonalarında təşkil edildiyini vurğulayıb.
“Hər istirahət növbəsi 10 gündür. iyunun 12-də birinci dəstə göndərilib, iyunun 23-də isə ikinci növbə göndəriləcək”.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir