Modern.az

Gənc alim və tədqiqatçılara stimul verilir

Gənc alim və tədqiqatçılara stimul verilir

1 Aprel 2010, 17:39

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə “Gənc alim və tədqiqatçılar arasında Avropa Komissiyasının EACEA, Araşdırma və innovasiya - CORDİS qrant proqramları və EURODOC barədə təbliğat işinin qurulması” adlı layihə işlərinin birinci mərhələsini yekunlaşdirıb.

Layıhənin məqsədi gənc alim və tədqiqatçılar arasında Avropa Komissiyasının EACEA, Araşdırma və innovasiya – CORDİS qrant proqramları, EURODOC barədə təbliğat işinin qurulması, məlumatlandırma sessiyalarının keçirilməsi, gənc tədqiqatçıların istifadə olunmayan imkanlarını stimullaşdırmaq, imkan və bacarıqlarını üzə çıxarmaq, gələcəkdə AB-nin proqram və təsisatları ilə işləmək və yeni ideyaları gerçəkləşdirmək bacarığında olan elmi gəncliyin formalaşdırılmasına nail olmaqdır.

Layihə işlərinin birinci mərhələsinə 2009-cu ilin dekabr ayından başlanıb. Layihə Bakı şəhərində, gənc alim, tədqiqatçı, doktorant və dissertantlar arasında həyata keçirilir. Gənc alim və tədqiqatçılar arasında keçirilən 4  seminarda ümumilikdə 80 nəfər iştirak edib.

Seminar iştirakçılarına Avropa Komissiyasının EACEA, Araşdırma və İnnovasiya (Research and Innovation - CORDIS Community Research & Development Information Service-Research Projects), qrant proqramları, EURODOC haqqında ətraflı, müfəssəl məlumatlar verilib. Eyni zamanda seminar sessiyalarında iştirakçılara Avropa Komissiyasının proqramları ilə effektiv işləməyin yolları izah edilib. İştirakçılara çap materialları paylanıb.

Seminarların yekununda tədbir iştirakçıları ilə davamlı informasiya mübadiləsinin aparılması, ənc alim, tədqiqatçı, dissertantlarla qarşılıqlı informasiya mübadiləsi üçün əməkdaşlıq işi təşkil edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi