Modern.az

Mehriban Əliyeva “Ülviyyət” mükafatına layiq görülüb

Mehriban Əliyeva “Ülviyyət” mükafatına layiq görülüb

14 İyun 2013, 11:32


Ölkənin qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təklifləri nəzərə alaraq, Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonunun prezidenti Mehriban Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının IV qurultayında çıxışı zamanı bildirib:
"Ülviyyət Mehriban Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən "Ülviyyət" ictimai mükafatına layiq görülür və ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq".

Bu gün Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir.

Qurultay Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir və "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?