Modern.az

Yaxın vaxtlarda Mətbuat Şurasının qurultayı keçiriləcək

Yaxın vaxtlarda Mətbuat Şurasının qurultayı keçiriləcək

14 İyun 2013, 12:52

Yaxın vaxtlarda Azərbaycan Mətbuat Şurasının qurultayı keçiriləcək. Modern.az saytının məlumatına görə, bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Demokratik Jurnalistlər Liqasının “Kanal13”də təşkil etdiyi debatda bildirib. Lakin o, qurultayın vaxtı barədə əlavə məlumat vermək istəməyib.

Prezident yanında QHT-lərə Dövlət Dəsyəyi Şurasının dəstəyilə keçirilən “Medianın seçkilərdə rolu” adlı debatın aparıcısı Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, iştirakçıları isə Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli olub.

Qeyd edək ki, Mətbuat Şurasının sonuncu – 5-ci qurultayı 2008-ci il iyunun 20-də keçirilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir