Modern.az

QHT Alyansının həmsədrləri AŞPA həmməruzəçiləri ilə görüşüb

QHT Alyansının həmsədrləri AŞPA həmməruzəçiləri ilə görüşüb

Aktual

14 İyun 2013, 12:50


QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov və Yadigar Məmmədli Avropa Şurası Parlament  Assambleyasının (AŞPA) ölkəmizdə səfərdə olan həmməruzəçiləri Joe Debono Grech və Pedro Aqramunt ilə görüşüb. Modern.az xəbər verir ki, hüquq müdafiəçiləri və QHT rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda 2013-cü il prezident seçkilərinə hazırlıq, söz və mətbuat azadlığı, insan haqlarının durumu mövzusunda müzakirə aparılıb.
Müzakirələrdə QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirib ki, hazırda Azərbaycanda siyasi partiyaların prezident seçkisi ilə əlaqədar bloklaşma, namizədlərin dəstəklənməsi prosesi gedir. Alyans bu prosesi yaxından izləyir və seçkidə namizədlərin, partiyaların regionlarda reytinqinin öyrənilməsi mərhələsinin monitorinqinə hazırlaşır. Rufiz Qonaqov eyni zamanda prezident seçkisinin monitorinqi ilə əlaqədar Alyansın indiyədək ictimaiyyət və beynəlxalq təşkilatlar üçün açıqladığı yekun nəticələri həmməruzəçilərə təqdim edib. O, bildirib ki, Alyans iqtidar və müxalifət arasında dialoqun başlanmasını vacib sayaraq bu prossesdə yaxından iştirak etmək əzmindədir. 
Alyansın digər həmsədri Yadigar Məmmədli ölkədə söz və mətbuat azadlığının vəziyyətindən danışaraq, bu sahədə bir sıra qanunların tezliklə qəbul edilməsinin vacibliyini bildirib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub