Modern.az

İstanbul valisi Gəzi parkında etirazçılarla görüşdü

İstanbul valisi Gəzi parkında etirazçılarla görüşdü

14 İyun 2013, 17:02


İstanbul valisi Hüseyn Mutlu bazar gününədək etirazçıların Gəzi parkını tərk edəcəklərinə ümid edir. Modern.az xəbər verir ki, parka gələn vali etirazçıların 150 nəfərlik nümayəndəsi ilə görüşərək 4 saatadək danışıqlar aparıb. “Mən onlara dedim ki, parkdan çadırları yığışdırsınlar. Bazar günü bütün əhali rahat istirahət edə bilsin. Danışıqlardan müsbət siqnallar almışam.” Amma vali parkdakı ağacların taleyi barədə suala cavab verməkdən imtina etdi.

Xatırladaq ki, etiratazçılar Türkiyənin islamlaşmasına və hakim partiyanın insanların şəxsi həyata müdaxilə eyməyə imkan verən qanunlar qəbul etməsinə öz etirazlarını bildirir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazların davam etdiyi 15 gün ərzində 5 nəfər həlak olmuş, 915 nəfər isə xəsarət alıb. Hadisələrdən ümumi dəyən zərər 37 milyon dollardan artıqdır.

 

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi