Modern.az

Ərdoğan Yazıcıoğlunun partiyasının sədri ilə görüşəcək

Ərdoğan Yazıcıoğlunun partiyasının sədri ilə görüşəcək

Dünya

29 Mart 2023, 11:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi, mərhum siyasətçi Muhsin Yazıcıoğlunun yaratdığı Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ilə görüşəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüş yerli vaxtla 14:00-da keçiriləcək.

 

Görüşdə əsas müzakirə mövzusunun seçki məsələsi olacağı gözlənilir.

 

Qeyd edək ki, BBP Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat