Arxiv
21 Sentyabr 2009, 20:55 |
Bakıda müəllimlərin işə qəbulu üçün yeni müsabiqə elan olunacaq

TƏHSIL NAZİRLİYİNİN MÜSABİQƏSİ  284 MÜƏLLİM YERİNİN TUTULMASI İLƏ NƏTICƏLƏNİB, 81 YER İSƏ BOŞ QALIB

Təhsil Nazirliyi 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün elan etdiyi müsabiqəni yekunlaşdırıb. Lakin bu müsabiqəyə çıxarılan bütün vakant yerlər tutulmayıb. Ümumiyyətlə, bu müsabiqənin gedişi barədə fərqli fikirlər səsləndirilir.

Qeyd edək ki, 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. I mərhələdə müsabiqədə iştirak etmək üçün təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib.
II mərhələdə ixtisaslardan asılı olaraq müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə işə qəbul olunublar. Müsabiqənin nəticələrinə görə, Bakıdakı orta məktəblərə 32 ingilis dili, 20 riyaziyyat, 8 fizika, 4 kimya, 10 biologiya, 27 ibtidai sinif, 19 Azərbaycan dili və ədəbiyyatı, 2 rus dili və ədəbiyyatı, 19 tarix, 56 informatika, 15 coğrafiya, 45 fiziki tərbiyə, 11 gənclərin çağırışaqədərki hazırlığı, 4 əmək hazırlığı, 8 musiqi və nəğmə, 4 təsviri incəsənət və rəsmxət müəllimi işə götürülüb.
Təhsil Nazirliyi müsabiqəyə 365 vakant yer çıxarmışdı. Nazirliyin məlumatına görə, müsabiqəyə 1044 nəfər sənəd verib, onlardan 284-ü uğur qazanaraq müəllim kim işə təyin olunub. Müsabiqəyə çıxarılan 81 vakant yeri isə heç kim tuta bilməyib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin ümumtəhsil məktəblərində müsabiqənin nəticələrinə əsasən boş qalmış vakant yerlərə yeni müsabiqə elan ediləcək.

Qeyd edək ki, başa çatan müsabiqənin gedişi ilə bağlı birmənalı fikirlər səsləndirilmir. Müsabiqədə iştirak etmiş bəzi pedaqoji kadrlar Modern.az-a bildiriblər ki, işəgötürülmə prosesi saxtakarlıqlarla müşayiət olunub.
Yeri gəlmişkən, müsabiqə başlayanda Təhsil Nazirliyi Bakı məktəblərində 357 vakant müəllim yerinin olduğunu bəyan etmişdi. Lakin müsabiqənin nəticələri açıqlananda paytaxtdakı ümumtəhsil müəssisələrindəki 365 boş yerə sənəd qəbulunun aparıldığı bildirildi. Bu fakt da işəgötürülmə prosesinə kölgə salmaya bilməz.

 

 

 

İşəgötürülmə müsabiqəsinin rəsmi nəticəsi:

 

 

 

İxtisaslar

 

Vakant yerlərin sayı

 

Sənəd verənlərin sayı

 

İşə qəbul olunanların sayı

 

İbtidai sinif müəllimi

 

29

 

182

 

27

 

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

20

 

142

 

19

 

Riyaziyyat müəllimi

 

22

 

92

 

20

 

İnformatika müəllimi

 

83

 

79

 

56

 

Fizika müəllimi

 

10

 

36

 

8

 

Kimya müəllimi

 

7

 

30

 

4

 

Biologiya müəllimi

 

11

 

58

 

10

 

Tarix müəllimi

 

20

 

78

 

19

 

Coğrafiya müəllimi

 

16

 

30

 

15

 

Rus dili və ədəbiyyat müəllimi

 

2

 

20

 

2

 

İngilis dili müəllimi

 

32

 

200

 

32

 

Fransız dili müəllimi

 

1

 

7

 

-

 

Fiziki tərbiyə müəllimi

 

64

 

50

 

45

 

Gənclərin çağırışaqədərki hazırlığı

 

21

 

21

 

11

 

Əmək hazırlığı müəllimi

 

7

 

9

 

4

 

Musiqi və nəğmə müəllimi

 

12

 

11

 

8

 

Təsviri incəsənət, rəsmxət müəllimi

 

8

 

6

 

4

 

Cəmi:

 

365

 

1044

 

284

 

 

 

 

 

"Modern.az"

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AMEA-nın magistraturasına boş qalan yerlərə müsabiqə şərtləri  22 İyul 2019, 16:13 Baş nazir jurnalistləri təbrik etdi: “Keşməkeşli yol keçən Azərbaycan mətbuatı... 22 İyul 2019, 16:08 “AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu 22 İyul 2019, 15:58 Jurnalistlərin Daxili İşlər Nazirliyi qarşısında aksiyası – RƏSMİ 22 İyul 2019, 15:39 Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21