Modern.az

Hirkan Milli Parkındakı yanğın SÖNDÜRÜLDÜ

Hirkan Milli Parkındakı yanğın SÖNDÜRÜLDÜ

Hadisə

30 Mart 2023, 11:57

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında başlayan yanğın söndürülüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yanğın nəticəsində quru ot örtüyü yanıb.

 

Ərazidə növbətçilik təşkil edilib. Hazırda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?