Modern.az

İlham Əliyev sərəncam İMZALADI

İlham Əliyev sərəncam İMZALADI

31 Mart 2023, 13:48

Prezident İlham Əliyev “Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?