Modern.az

Türkiyədən son xəbər- etirazlar davam edir - FOTOLAR

Türkiyədən son xəbər- etirazlar davam edir - FOTOLAR

Aktual

16 İyun 2013, 10:37

Taksimdə polis müdaxiləsinə etiraz edən nümayişçilər Kadıköydə toplanaraq Boğaz körpüsünə doğru yürüş edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, körpüdə toplanan minlərlə etirazçı polislə qarşıqarşıya gəlib. Boğaz körpüsündə yolu bağlayan aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.  

Polis də aksiyaçılara qarşı göz yaşardıcı qazdan istifadə edib. Bu gün səhər saatlarında aksiyaçılar körpünü keçərək Taksinə doğru yol alıblar.  

Qeyd edək ki, dünən axşam saatlarında polisin Gəzi parkına hücum etməsi bütün Türkiyədə narazılıqla qarşılanıb. Gəzi əyləmlərinin zorakılıqla dağıdılması Ankara, İstanbul, Adana, İçərişəhər və başqa yerlərdə kütləvi etirazlasa səbəb olub.

Gəzi parkında bu səhər sükut hökm sürür. Ötən gecə baş verən iğtişaşlardan sonra Taksim Meydanında avtomobillərin hərəkəti dayandırılıb. Meydanda sadəcə polis, jurnalist və təmizilik işçiləri görünür. Harbiyədə isə görsətiricilərlə polis arasında gərginlik davam edir.

Gəzi Parkı tamamilə polisin nəzarətinə keçib. Bir qrup aksiyaçı Divan otelin qarşısında gözləyirlər.   



Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir