Modern.az

Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti fəaliyyətini bərpa edib

Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti fəaliyyətini bərpa edib

Aktual

18 İyun 2013, 09:38



Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti Fəaliyyətini bərpa edib. Cəmiyyətin sədri Xətayi Əzizov bildirib ki, təşkilatın əsas məqsədi xarici ölkələrin mətbuat nümayəndələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri, nəticələri, Ermənistanın zaman-zaman Azərbaycana qarşı həyata keçirdiyi terror aktları, hərbi təcavüz, işğalçılıq və etnik təmizləmə siyasəti barədə dünya ictimaiyyətini məlumatlandırmaq, eyni zamanda, Azərbaycan jurnalistlərinin beynəlxalq əlaqələrini inkişaf etdirməkdir. Bunun üçün xarici ölkələrin jurnalist təşkilatları, ayrı-ayrı jurnalistləri ilə əlaqələr qurulacaq, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və daimi nümayəndəlikləri ilə də sıx əməkdaşlıq ediləcək.  

“Cəmiyyət artıq bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Bu gün Türkiyə, Qazaxıstan, İsrail, Türkiyə və digər ölkələrin nüfuzlu mətbuat nümayəndələri ilə əlaqələr qurmuşuq. İnanırıq ki, biz istəyimizə nail olacağıq, dövlətimizin dünyada getdikcə artan nüfuzunu daha da möhkəmləndirilməsinə töhfəmizi verəcəyik, xarici ölkələrdəki həmkarlarımızın köməyi ilə doğma Vətənimizi daha yaxşı tanıdacağıq”-deyə X.Əzizov bildirib.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı