Modern.az

Rusiya Ordusunda xidmət edən azərbaycanlılar

Rusiya Ordusunda xidmət edən azərbaycanlılar

2 Aprel 2010, 15:59

Rusiya ordusunda 28 azərbaycanlı xidmət edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının təşkilati-təchizat idarəsinin rəisi Vasili Smirnov  bildirib.  Onun sözlərinə görə,  bütövlükdə Rusiya ordu sıralarında 300 MDB vətəndaşı xidmət edir. Onların arasında bir Gürcüstan vətəndaşı da var.

“Hazırda Rusiya ordusunda 95 Tacikistan, 68 Özbəkistan, 51 Ukrayna, 28 Azərbaycan, 21 Ermənistan,  16 Moldova, 11 Qazaxıstaen, 10 Qırğızıstan, 9 Belarus, 5 Türkmənistan vətəndaşı xidmət edir”,-deyə Smirnov bildirib.

 

Onun sözlərinə görə, xarici ölkə vətəndaşları ordu sıralarında Rusiya vətəndaşları kimi eyni şəraitdə xidmət edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı