Modern.az

Sirkə turşusu içən kişi və qadın xəstəxanada öldü

Sirkə turşusu içən kişi və qadın xəstəxanada öldü

Hadisə

10 Aprel 2023, 09:16

Bakıda sirkə turşusu içərək intihara cəhd edən şəxs Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 

Modern.az xəbər verir ki, aprelin 7-də yaşadığı evdə sirkə turşusu içən 1987-ci il təvəllüdlü A.Hacıyev bu gün saat 05:30 radələlərində Mərkəzin Toksikologiya şöbəsində ölüb.

 

Oxşar hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində də baş verib. Qəsəbədəki Gənclər şəhərciyində yaşayan 2000-ci il təvəllüdlü G.Məmmədova evdə xeyli miqdarda sirkə turşusu içərək özünü zəhərləyib. 20 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?