Modern.az

Metronu partladan kamikadze qadının ərinə məktubu: "Göylərdə görüşərik”

Metronu partladan kamikadze qadının ərinə məktubu: "Göylərdə görüşərik”

2 Aprel 2010, 16:32

Rusiya hüquq-mühafizə orqanları Moskva metrosunda terror aktı törətmiş qadın kamikadzelərdən birinin şəxsiyyətini müəyyən edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Lyublyanka” metrosundakı partlayışı Dağıstandakı  yaraqlıların lideri “Al-Bara” ləqəbli  Umalat Maqomedovun dul qadını 17 yaşlı Cənnət Abdraxmanova törədib.  Dağıstan xüsusi xidmət orqanları Cənnət barədə bütün məlumatları Rusiya istintaq orqanlarına təqdim edib. Əvvəlcə belə bir versiya səslənmişdi ki, adı çəkilən metro stansiyasında partlayışı başqa qadın terrorçu - Marxat Ustarxanova törədə bilərdi. Lakin indi artıq bəllidir ki, Ustarxanova  “Park  kulturu” stansiyasını partladıb. 

“Kommersant” qəzetinin yazdığına görə, Cənnət 16 yaşı tamam olanda  Umalatla İnternet vasitəsi ilə tanış olub. Görüş təyin edən Umalat Cənnəti zorla Çeçenistana aparıb. Daha sonra onlar evləniblər. Ötən il dekabrın 31-də Umalat Maqomedov Xasavyurtda antiterror əməliyyatı gedşində qətlə yetirilib. Rusiya xüsusi xidmətinin məlumatına görə, Umalat Maqomedev bir sıra terror aktlarını təşkil edib və Doku Umarovun yaxın dairəsində təmsil olunub.

“Moskovski komsomolets” qəzeti yazır ki,  müstəntiqlər terror aktında həlak olmuş Cənnətin üzərindən yanmış sevgi məktubu tapıblar. Məktubda ərəb dilində “göylərdə görüşərik” yazılıb. Hazırda Cənnətin yazı ekspertizası keçirilir. Məktubun kimə göndərildiyi məlum olmasa da istintaq ehtimal edir ki, Cənnət məktubunda öz ərinə müraciəit edib. Hüquq-mühafizə orqanları Cənnətin terrorçulara necə qoşulmasını hələlik ayırd edə bilməyiblər. Ehtimal olunur ki, Cənnət cari ilin martında qətlə yetirilmiş digər terrorçu Səid Buryatskinin təsiri altına düşüb. Məhz Buryatski 17 yaşlı Cənnəti ərinin qisasını almağa razı salıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi