Modern.az

Ramiz Tağıyev azadlığa buraxılıb

Ramiz Tağıyev azadlığa buraxılıb

Təhsil

19 İyun 2013, 22:35


Siyasətçi, keçmiş cəbhəçi Ramiz Tağıyev azadlığa buraxılıb. Bu barədə APA-ya Ramiz Tağıyev özü məlumat verib.

O qeyd edib ki, bu gün Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə R.Tağıyevin şikayətini təmin edib, onun barəsində çıxarılmış həbs qətimkan tədbirini ləğv edib.  Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub.

 R Tağıyev bildirib ki, o Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirir: “Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub”.

Qeyd edək ki, R.Tağıyev 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək